ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
ABB bank əməliyyatlarının təhlükəsizliyini PCI DSS 4.0.1 (Payment Card Industry Data Security Standard) sertifikatı ilə növbəti dəfə təsdiqlədi.
Bu, ABB-nin rəqəmsal sistemlərinin, infrastrukturunun və proseslərinin ən son təhlükəsizlik standartlarına uyğunluğunu yenidən təsdiqləmiş olur.
PCI DSS 4.0.1 beynəlxalq sertifikasiyası bankda müştərilərin ödəniş kartı məlumatlarının ən etibarlı şəkildə qorunduğunu, burada tətbiq olunan təhlükəsizlik standartlarının “Visa”, “Mastercard”, “American Express” kimi qlobal ödəniş sistemlərinin tələblərinə tam uyğunluğunu göstərir.
Qeyd edək ki, ABB-nin mobil bank tətbiqi olan ABB mobile da Beynəlxalq Standartlaşdırma Təşkilatının (International Organization for Standardization - ISO) ISO/IEC 27001:2022 sertifikatına malikdir.
Bütün bunlar bankın müştərilər qarşısındakı məsuliyyətinin və innovativ yanaşmasının göstəricisidir. Maliyyə xidmətlərinin etibarlılığı, təhlükəsizliyi ABB üçün ən mühüm prinsiplərdəndir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.
Baxış sayı:28
Bu xəbər 19 Dekabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















