Icma.az
close
up
RU
ABB səhmdarları ilk dəfə elektron qaydada səs verəcəklər

ABB səhmdarları ilk dəfə elektron qaydada səs verəcəklər

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

13 dekabr 2024-cü ildə ABB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, yığıncaqda ABB-nin nizamnamə kapitalının artırılması və nizamnaməsinin yeni redaksiyada təsdiqlənməsi, həmçinin bankın törəmə innovasiya şirkətinin yaradılması məsələlərinə baxılacaq.

Ölkəmizdə ilk dəfə olaraq ABB səhmdarları gündəlikdəki məsələlər üzrə elektron qaydada səs verəcəklər. Hər bir səhmdar 13 dekabr 2024-cü il tarixinədək şəxsi kabinetindəki “Səhmdarların Ümumi Yığıncağı” bölməsinə daxil olub elektron qaydada səsvermədə iştirak edə bilər.

Milli Depozit Mərkəzi səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə (E-vote) sistemini istifadəyə verdikdən sonra belə bir imkan yaranıb.

Səhmdarların ümumi yığıncaqlarının təşkili çərçivəsində yığıncağın keçirilmə günü, yeri və gündəlikdəki materiallarla tanışlıq qaydası barədə məlumatlar MDM tərəfindən yaradılan İnvestor Portalında elektron formada yerləşdirilir. Səhmdarlar (https://invp.e-mdm.gov.az/) şəxsi kabinetlərinə daxil olaraq ümumi yığıncağın gündəliyindəki məsələlərlə tanış olur, məsələlərə münasibət bildirirlər.

Bu yeni xidmət yığıncaqların məsafədən təşkilinə, bildirişlərin, gündəlikdəki məsələlərlə bağlı məlumatların səhmdarlara operativ və vaxtında çatdırılmasına imkan yaradır. İstənilən səbəbdən (məsafə, vaxt və fors-major hallar) iclasda fiziki iştirak edə bilməyən səhmdarlar bu platforma vasitəsilə səs verə bilirlər. Yeni xidmət kağız daşıyıcılarından istifadənin minimuma endirilməsi baxımından da faydalıdır. ABB bu xidmətdən istifadə edən ilk səhmdar cəmiyyətdir.

Qeyd edək ki, 13 dekabr 2024-cü ildə keçiriləcək toplantı ABB səhmlərinin kütləvi emissiyasından sonra bankın səhmdarlarının ilk ümumi yığıncağıdır. Səhm emissiyasından sonra hazırda ABB-nin 35 mindən çox səhmdarı var.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri