Icma.az
close
up
RU
ABB SIBOS 2025 beynəlxalq konfransında öz stendi ilə təmsil olunur

ABB SIBOS 2025 beynəlxalq konfransında öz stendi ilə təmsil olunur

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Almaniyanın Frankfurt şəhərində SIBOS 2025 beynəlxalq konfransı başlanıb. Builki konfrans “Qlobal maliyyənin yeni sərhədləri” mövzusuna həsr edilib. Beynəlxalq maliyyə dünyasının ən böyük və mühüm kommunikasiya platformalarından olan tədbirdə ABB də öz stendi ilə təmsil olunur. Bu barədə AZƏRTAC-a ABB-dən məlumat verilib. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbir müddətində iştirakçılara ABB-nin fəaliyyəti haqqında məlumat verəcək, bir sıra mühüm görüşlər keçiriləcək, əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

ABB nümayəndə heyətinin Citibank, The Bank of New York Mellon, JP Morgan, Commerzbank, Raiffeisen Bank, Zürcher Kantonalbank, Intesa Sanpaolo Bank, ABN AMRO Bank, Türkiye İş Bankası, AktivBank, Ziraat Bank, Abu Dhabi Commercial Bank, Sumitomo Mitsui Banking Corporation və digər maliyyə qurumlarının təmsilçiləri ilə görüşləri planlaşdırılıb.

ABB nümayəndələri maliyyə texnologiyaları, süni intellekt, data, maliyyə inklüzivliyi və s. ilə bağlı müxtəlif tədbirlərdə də iştirak edərək ölkə bankçılığında tətbiq etmək üçün yeni, faydalı təcrübələrlə tanış olacaqlar.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “SIBOS beynəlxalq konfransı dünyanın ən böyük bankları ilə ən böyük texnologiya şirkətlərini bir araya gətirən maraqlı platformadır. ABB olaraq bu il burada iştirakımız bizə yeni imkanlar açacaq. Texnoloji inkişaf trendlərini daha yaxından təqib etmək, beynəlxalq tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirmək üçün yaxşı fürsətlərimiz olacaq. Bir sözlə, SIBOS 2025 bizim üçün yeni fürsətlər, yeni imkanlardır”.

Ənənəvi SIBOS konfransının təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT). Tədbir hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirir, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradır, işgüzar əlaqələrin qurulmasına kömək göstərir. SIBOS 2025 oktyabrın 2-dək davam edəcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri