Icma.az
close
up
RU
Abbas Abbasov: Azərbaycan dekolonizasiya hərəkatının ikinci dalğasına rəhbərlik edir

Abbas Abbasov: Azərbaycan dekolonizasiya hərəkatının ikinci dalğasına rəhbərlik edir

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Dekolonizasiya prosesində Azərbaycanın liderliyi yeni mərhələnin əsasını qoydu.

Bunu "Report"un ABŞ bürosuna müsahibəsində BMT-nin Afrikaəsilli xalqların daimi forumunun IV sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bildirib.

O qeyd edib ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri BTQ-nun yaradılmasından öncə Azərbaycanın sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının sammit və konfranslarına qatılaraq ölkəmizin dəstəyini yaxından hiss ediblər və bu proses bu gün də davam edir:

"Son iki ildə 20-dən çox beynəlxalq konfrans təşkil etmişik, 12-dən artıq hesabat və 3 kitab dərc olunub".

A.Abbasov deyib ki, qurumun əsas hədəfi milli müqavimət və müstəqillik hərəkatlarına dəstəyi davam etdirməkdir: "1960-cı ildə başlayan dekolonizasiya prosesinin birinci dalğası Afrika ölkələrinin müstəqillik qazanması ilə nəticələndi. Düşünürəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və BTQ-nin fəaliyyəti sayəsində 2020-ci illər bu prosesin ikinci dalğası kimi tarixə düşəcək".

O, BTQ-nin üzləşdiyi təzyiqlərə də toxunub: "Biz kiberhücumlara və konfrans iştirakçılarına qarşı edilən ənənəvi təzyiqlərə məruz qalırıq. Bu artıq ənənə halını alıb. Ancaq bu cür təzyiqlər bizi yolumuzdan döndərə bilməz. Fransa və Niderland müstəmləkəçiliyinə qarşı fəaliyyət göstərən bütün hərəkatlara dəstəyimizi davam etdirəcəyik".

A.Abbasov vurğulayıb ki, bu gün qurumun dəstəklədiyi ərazilərin səsi artıq beynəlxalq platformalarda eşidilir: "BTQ olaraq, həmçinin dekolonizasiya prosesinin paytaxtı hesab edilən Bakı şəhərində bu konfransları təşkil etmişik. Dekolonizasiya mövzusunda 10-a yaxın konfransımız BMT-nin Nyu-Yorkdakı qərargahında baş tutub. Bundan əlavə, BMT-nin İnsan Hüquqları Şurasına və digər qurumlara illik hesabatlar təqdim edirik. Artıq BMT-nin müəyyən institutları Fransadan Yeni Kaledoniya və Fransız Polineziyadakı hadisələrlə bağlı xüsusi hesabatlar tələb edir".

BTQ rəhbəri əlavə edib ki, qurum bu sahədə beynəlxalq beyin mərkəzi kimi də fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 Aprel 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri