Icma.az
close
up
RU
Abbas Abbasov: “Bugünkü konfrans zikhlərin üzləşdiyi qətliamları, vəhşilikləri göstərəcək”

Abbas Abbasov: “Bugünkü konfrans zikhlərin üzləşdiyi qətliamları, vəhşilikləri göstərəcək”

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Bugünkü konfrans, görülən işlər - sərgi, tarixi faktlar və şahid ifadələri zikhlərin üzləşdiyi qətliamları, insan hüquqlarının pozulmasını və vəhşilikləri göstərəcək.
Bizim.Media xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov yanvarın 16-da Bakıda "Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O qeyd edib ki, bu gün burada ağrılı, təcili və çox zaman diqqətdən kənarda qalan bir məsələ - Hindistanda zikhlərə qarşı davam edən zorakılıq haqqında danışmaq üçün toplaşılıb:
"Bu konfrans təkcə akademik müzakirə və ya simvolik bir tədbir deyil. Bu, dürüst şəkildə danışmaq, düşünmək və hesabat tələb etmək üçün yaradılmış bir platformadır. Konfrans çərçivəsində biz zikhlərə qarşı ayrı-seçkiliyin tarixi fonunu və onların ədalətə nail olmaq uğrunda apardıqları uzunmüddətli mübarizəni nəzərdən keçirəcəyik. Bu gün görülən işlər - sərgi, tarixi faktlar və şahid ifadələri zikhlərin üzləşdiyi qətliamları, insan hüquqlarının pozulmasını və vəhşilikləri bizə göstərəcək".
A.Abbasov əlavə edib ki, hazırda BTQ-nin əsas vəzifəsi torpaq üzərində mənfəət əldə edən qrup olma isteriyasına söykənən müstəmləkəçiliyin aradan qaldırılmasına aid bir agentliyin yaradılmasıdır:
 

"Son iki il ərzində biz dünya üzrə 35-dən artıq birgə konfrans təşkil etmişik. Bu tədbirlər müxtəlif ölkələrdən siyasi liderləri, akademikləri, hüquq üzrə ekspertləri, müstəqillik hərəkatlarının nümayəndələrini, vətəndaş cəmiyyəti təşkilatlarını və Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçilərini bir araya gətirib. 


Biz 20-dən çox ölkə və dənizaşırı ərazilərlə güclü əməkdaşlıq əlaqələri qurmuşuq. BTQ 25-dən artıq təşkilat və beynəlxalq institutla möhkəm tərəfdaşlıqlar formalaşdırıb, 30-dan çox hesabat və dörd kitab nəşr edib, həmçinin Birləşmiş Millətlər Təşkilatına siyasət üzrə bir neçə alternativ hesabat təqdim edib".
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Yanvar 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri