Icma.az
close
up
RU
Abbas Abbasovun yarımçıq qalan küftəbozbaşı

Abbas Abbasovun yarımçıq qalan küftəbozbaşı

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Aygün Muradxanlı

2014-cü il, Moskva, Kiyev vağzalının 2 addımlığındakı Novotel. Günorta saatları. Ətraf qaynayır. 1 gün sonra RF prezidentinin yanında Millətlərarası Komitənin toplantısı olacaq. Xeyli dəvətli var. Federasiya subyektləri ilə yanaşı Almaniya, Polşa, İsrail… təmsilçilərinin bir hissəsi bu otelə yerləşdirilib. “Yeni Müsavat”ın reportyoru kimi Azərbaycandan tək jurnalist olaraq ordayam. Otağıma yerləşdim, az sonra, kim var-kim yox marağıyla foyeyə düşdüm. Dolaşdım, görmədim.

Səfər jurnalistləri bilir, beynəlxalq toplantı keçiriləcək otellərin foyesində 30 dəqiqəlik müşahidə, rəsmilərlə, vacib personalarla ayaqüstü görüşlər, qısa müsahibələr, həmkarlarla istişarə mərasimin özündən “bərəkətli” olur. Manşetlərin çoxu elə foyelərdə yazılır. O səbəbdən tanış görməsəm də, otağa dönmədim. İntuisiyam “balina” gələcək deyirdi.

10-15 dəqiqə sonra qəhvə qoxusu məni otelin restoranına çəkdi. Pəncərə qırağında oturdum ki, şəhəri, küçənin əhvalını da görə bilim. Ürəkaçan heç nə yox idi. Həmişəki boz Moskva - şütüyən maşınlar, tələsən insanlar. O qədər boz ki, qəhvə həvəsim də qaçdı. Fincanı yarımçıq qoyub masadan qalxmışdım ki, gözüm “balina”nı tutdu. Abbas Abbasov 2 nəfərlə küncdəki masada yemək yeyirdi.

“Milyarderlər İttifaqı” məsələsindən - Kremlin Azərbaycanda Allah bilir neçənci dövlət çevrilişi senarisinin ifşasından sonra adı Kremlin əsas füquru kimi çəkilən və o gündən “qeyb olan” Abbas Abbasovla aramınza cəmi 10-12 metr vardı.

“Ov” hər nə qədər önəmli olsa da, peşə etikasını üstün tutdum - masaya yaxınlaşmadım. Yemək bitməliydi… Sadəcə Bakıya - redaktoruma anons göndərdim. Geri “tez selfi çək” yazdı. Sonra zəng etdi. Sualları müzakirə elədik. Yerimdə oturdum və selfi çəkmədim…

Amma bəzən etikanı arxaya atmaq gərəkmiş... Sən demə, kənarda mühafizəçilər varmış, onlar məni, masaya diqqətimi fərq edib “şef”ə bildiriblər. Aradan 5 dəqiqə keçməmiş bir də onu gördüm, Abbasov və yanındakılar dərhal qalxıb qapıya yönəldilər, mühafizəçilər onları əhatəyə aldılar, biri isə mənim restoranın qapısından çıxmağımı əngəllədi.

Kimliyimi öyrənmişdilər... Bunu axşam bildim - təşkilatçılardan Aleks Şapiro axşam yeməyində yaxınlaşıb ana dilimdə, Bakı ləhcəsində “ay qız, sən neynəmisən” deyəndə… Öyrəndim ki, Novotel Abbas Abbasovunmuş və o bura həftədə bir küftə yeməyə gəlirmiş. Tədbirə Azərbaycandan “özgə” dəvət edilmədiyi üçün o, məkana rahat gəlib. Masaya baxıb telefonla danışmağım cangüdələrin diqqətini çəkib, qısa vaxtda “Yeni Müsavat”dan olduğum aydınlaşıb və Abbasov oradan uzaqlaşdırılıb.

Onlar çıxandan sonra masalarına baxdım - üstü quru nanəli küftəbozbaş yarımçıq qalmışdı. İndiki media yanaşmaları, ya da indiki ağlım olsaydı, selfi də çəkərdim, Abbas Abbasovu ağzında tikəsi danışdırardım da. Məsələyə jurnalist etikasından yox, dövlətimə, millətimə yaradılan təhlükədən baxardım.

Ertəsi gün o oteldə böyük bir toplantı oldu. Putinin sevimliləri səhnəyə və protokola düzülmüşdülər. Çıxışçılar çoxmillətli Rusiyanın tarix boyu ona pənah gətirən xalqlara necə sevgilə qucaq açdığından danışırdılar… Əsl Kreml sıntarmışlığı ilə. O pənah gətirən xalqlardan tutduqları muzdlular da zalda oturub züy tutur, tribunaya çıxıb müstəqillik ideyları ilə Sovetlər Birliyi kimi cənnəti dağltdıqları üçün milli qüvvələri hədəf alırdılar… İyrənc səhnələr idi. Tam Abbas Abbasova yaraşan…


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Dekabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri