Abbas Əraqçi Bədr Abdel Ati ilə regional təhlükəsizliyi müzakirə etdi
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
İran xarici işlər naziri Abbas Əraqçi ilə Misir xarici işlər naziri Bədr Abdel Ati arasında telefon danışığı olub.
Bakupost.az xəbər verir ki, bu barədə İran XİN başçısının Teleqram kanalında məlumat yerləşdirilib.
Bildirilib ki, tərəflər regional və beynəlxalq hadisələr, həmçinin ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparıblar.
İranlı nazir son günlər ölkəsində baş verən hadisələri və sülhsevər etirazların xaricdən müdaxilələr nəticəsində zorakılığa çevrilməsi səbəbilə bir sıra insanların həlak olması hallarını izah edərək misirli həmkarını xarici müdaxilələr və xaosun gedişi barədə ətraflı məlumatlandırıb.
Misirin xarici işlər naziri isə İrandakı hadisələrə təəssüfləndiyini, bölgədə sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün region ölkələrinin yaxın məsləhətləşmələrinin və əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 14 Yanvar 2026 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















