Abbas Əraqçi Ceyhun Bayramovla görüşüb YENİLƏNİB
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Görüş zamanı ikitərəfli və çoxtərəfli gündəlik, regional proseslər nəzərdən keçirilib.
Nazirlər davamlı yüksək səviyyəli təmasların, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin vacibliyini vurğulayıblar.
Azərbaycan və İran prezidentlərinin 2026-cı ilin avqustunda Bişkekdə keçirilən görüşü ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir mühüm addım kimi qabardılıb.
Diplomatiya və dialoqun əhəmiyyəti, həmçinin sülh və sabitliyin təşviq edilməsi, regional təhlükəsizlik məsələləri də müzakirə olunub.
****
İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
Ölkə.az xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb.
Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub. Təfərrüatlar açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Sentyabr 2026 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















