Icma.az
close
up
RU
Abbas: Qəzzada yeganə həll yolu İsrailin tamamilə geri çəkilməsidir

Abbas: Qəzzada yeganə həll yolu İsrailin tamamilə geri çəkilməsidir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fələstin prezidenti Mahmud Abbas Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr ilə görüşündə deyib ki, İsrailin Qəzza zolağındakı işğal olunmuş ərazilərdən çıxması “yeganə həll yolu”dur.

Bizimyol.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi "WAFA"nın verdiyi məlumata görə, Abbas İordaniyanın paytaxtı Əmmandakı evində Bleyrlə Fələstin torpaqlarında baş verən son hadisələri müzakirə edib.

Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı Abbas bildirib ki, “təcili atəşkəs lazımdır, bütün İsrail və fələstinli məhbuslar azad edilməli, humanitar yardım təcili olaraq Qəzza zolağına çatdırılmalıdır”.

Abbas: "Qəzzada yeganə həll yolu İsrailin tamamilə geri çəkilməsidir. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə Fələstin Dövlətinin bölgədəki bütün məsuliyyətləri öz üzərinə götürməsi təmin edilməlidir", - deyib.

HƏMAS-dan “silahlarını Fələstin Muxtariyyətinə təhvil verməsini” tələb edən Abbas, Fələstin Azadlıq Təşkilatının “siyasi proqramına, beynəlxalq proqramına və beynəlxalq legitimliyinə sadiq qalaraq siyasi fəaliyyətlə məşğul olmalıdır” deyib.

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini və bu təklifin atəşkəs danışıqlarında vasitəçilik edən Qətər və Misir tərəfindən Həmasa təqdim edildiyini açıqlayıb.

Həmas Qəzzada İsraillə atəşkəs və əsir mübadiləsi razılaşması təklifinə verdiyi "müsbət cavabını" vasitəçilərə çatdırıb və atəşkəsin həyata keçirilməsi üçün danışıqlara hazır olduğunu açıqlayıb.

Təl-Əviv hökuməti HƏMAS-ın Qətərin Qəzzada atəşkəslə bağlı təklifinə düzəlişinin qəbuledilməz olduğunu bildirib. Lakin İsrail nümayəndə heyəti danışıqlar üçün Qətərin paytaxtı Dohaya gedib.

Qeyd olunub ki, Dohada davam edən danışıqlarda fikir ayrılıqları böyük ölçüdə həll edilib, lakin İsrailin Rəfah şəhəri və Qəzza zolağının cənubundakı Rəfah və Xan Yunis şəhərlərini ayıran Moraq dəhlizinin işğalını davam etdirməkdə israrlı olmaqdan geri addım atmayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 İyul 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri