Icma.az
close
up
RU
“Abbasəli Abbasəliyev Şahini səhv müalicə etdi” “Liv Bona Dea Hospital”da müəmmalı ölüm işiŞİKAYƏT

“Abbasəli Abbasəliyev Şahini səhv müalicə etdi” “Liv Bona Dea Hospital”da müəmmalı ölüm işiŞİKAYƏT

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“1 ay bundan əvvəl Şahinin ürəyindən şikayəti var idi. “Liv Bona Dea Hospital”-ın kardioloqu Abbasəli Abbasəliyev onu müayinə edərək dedi ki, stent qoyandan sonra hər şey yaxşı olacaq. Amma Şahinin ürəyinin şah damarı tutulub, çürüyüb. Ona qətiyyən stent olmazdı. Anju edəndə sən ürəyin damarlarının tutulduğunu görürsənsə, necə stent qoya bilərsən? Şahin ağrısını heç kimə hiss etdirmirdi. Həyat yoldaşı ilə yenidən həmin xəstəxanaya getdi. Həkim onu müayinə etməmiş dərmanlarını dəyişdi. Dərmanları içəndən 2 gün sonra ümumiyyətlə vəziyyəti ağırlaşdı”

Bunu Moderator.az -a dünən dünyasını dəyişən aparıcı Şahin İbrahimlinin bacısı Nara Nəcəfova deyib.

O daha sonra iddia edib ki, həkimi Şahinin öləcəyini bilirmiş:

“Öz ayağı ilə getmişdi xəstəxanaya. 5-ci gün reanimasiyaya yerləşdirdilər ki, 1-ci günə kimi yaxşı olsa yenidən əməliyyat edəcəklər. Hamı bilirmiş ki, Şahin öləcək. Onu öldürdülər. Bazar günü yanına getdik, danışdıq, dedik-güldük. Özünü yaxşı hiss edirdi, saturasiyası da yerində idi. Gördük ki, yaxşıdır daha xəstəxanada qalmadıq. Bu görüşün üstündən 2 saat keçmədi ki, bizə xəbər etdilər ki, Şahin keçinib. Xəstənin halı pisləşəndə nə bizə məlumat veriblər, nə də ilkin müdaxilə ediblər. Heç bir kömək etməyiblər. Deyirlər ki, guya 2 saat ürəyini masaj ediblər. Abbasəli həkimi də qaçırdıb gizlədiblər. Nə görüntü verirlər, nə də bir başqa məlumat. Biz xəstəxanaya gedəndə polisləri çağırıb tökmüşdülər. Sən özündən qorxursan ki, polis çağırırsan da. Əslində polisi biz çağırmalı idik. Dərdimiz böyükdür, ürəyimiz yanır. Cavan, dağ boyda oğlan həkim səhlənkarlığı ucbatından bu işıqla dünyaya əlvida dedi” deyə Şahin İbrahimlinin ailə üzvü iddia edib.

Qeyd edək ki, Şahin İbrahimli AzTV-nin “Xəbərlər” proqramının sabiq aparıcısı olub. O həmçinin İTV-nin Xəbərlər Departameninin direktor müavini o həmçinin mərhum idman jurnalisti Elnur Əşrəfoğlunun yaxın qohumu idi.

P.S iddialarla bağlı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Yanvar 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri