Icma.az
close
up
RU
Abbasov Berezutskiyə “3” verdi

Abbasov Berezutskiyə “3” verdi

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şamaxı – Sabah (Bakı) 3:1 (1:1)
1. Rikardo Fernandes – 5,5
17. Rafael Məhərrəmlİ – 6,0
(80. Zahid Mərdanov, 90) – qiymətsiz
5. Arsen Ağcabəyov – 5,0
(60. Səbayıl Bağırov, 53) – 5,0
6. Rauf Rüstəmli – 5,5
82. Rüfət Abbasov – 5,5
24. Edqar Adilxanov – 6,5
(11. Conatan Benteke, 80) – qiymətsiz
32. Vasiliye Radenoviç – 5,5
20. Leroy Mikels (k) – 6,5
93. Brahim Konate – 5,5
9. Belajdi Pusi – 7,0
(22. Qurban Səfərov, 90) – qiymətsiz
66. Vasiliye Bakiç – 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
10. Emin Zamanov
13. Ramin Əhmədov
19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Belajdi Pusi
1. Yusif İmanov – 5,0
10. Namik Ələskərov (k) – 5,0
(6. Abdulax Xaybulaev, 63) – 4,5
17. Tellur Mütəllimov – 5,0
(12. Vinsent Till, 73) – 4,5
9. Anatoli Nuriyev – 5,5
(2. Amin Seydiyev, 46) – 5,0
8. Ayaz Quliyev – 5,0
7. Boyan Letiç – 5,0
(20. Coy-Lens Mikels, 63) – 5,0
18. Pavol Şafranko – 6,0
40. İqor Noqeyra – 5,0
70. Cesse Sekidika – 5,0
3. Con İrasabal – 5,0
11. Kahim Parris – 5,0
(99. Neqoş Kupusoviç, 78) – qiymətsiz
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
94. Rəvan Mirzəmmədov
4. Elvin Camalov
5. Rəhman Daşdəmirov
77. Şakir Seyidov
88. Xəyal Əliyev
44. Sofian Çakla
Baş məşqçi: Vasili Berezutski
Komandanın ən yaxşısı: Pavol Şafranko
Qollar: E.Adilxanov, 23 (1:0). P.Şafranko, 38 (1:1, A.Nuriyev). B.Pusi, 55 (2:1, R.Məhərrəmli). L.Mikels, 62 (3:1, B.Pusi).
Vərəqələr: A.Seydiyev, 72 (qeyri-idman hərəkəti). R.Fernandes, 90+2 (oyunun bərpasının ləngidilməsi). V.Bakiç, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Anar Şıxəliyev (Bakı).
22 dekabr. Şamaxı. Şəhər stadionu, 1000 tamaşaçı (2200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Bir tərəfdə son 11 oyunda qələbə qazana bilməyən, ətrafında danışılmış oyunlarla bağlı araşdırmalar və müzakirələr aparılan “Şamaxı”, digər tərəfdə Vasili Berezutskinin təyinatından sonra “Turan Tovuz”, “Araz-Naxçıvan”, hətta “Qarabağ” kimi komandalarla mübarizədə xallar qazanan “Sabah” var idi. Belədə kimin qalib gələcəyini proqnozlaşdırmaq çətin məsələ deyildi.

Futbol ictimaiyyyətinin əksəriyyəti qonaqların qələbə qazanacağını düşünürdü. Hətta hesab 1:1 olarkən deyilirdi ki, “Sabah” növbəti qolları vurub lazım olan xalları hesabına yazacaq. Düzdü, “bayquşlar” dəfələrlə hesabda geridə olsa da, vəziyyəti öz xeyrinə dəyişə bilib. Lakin bu dəfə “şirlər” Masazır təmsilçisinə aman vermədi. Əslində qonaqlar 3-cü dəqiqədə hesabı açsaydı, hər şey başqa cür ola bilərdi. Lakin Parris cərimə meydançasında topu qəbul edərkən səhvə yol verdiyindən şans əldən çıxdı.
Növbəti təhlükəli vəziyyət üçün 23-cü dəqiqəni gözləməli olduq ki, “Şamaxı” Edqar sayəsində hesabı açdı. 19 yaşlı yarımmüdafiəçi təkbaşına irəlilədi və İrasabal səddini də keçəndən sonra “çərçivə”ni dəqiq nişan aldı – 1:0. Bir qədər sonra Pusinin fərqi artırmaq arzusunu Yusifin ayıq-sayıqlığı puç etdi. Qonaqların oyun ərzində ikinci təhlükəli hücumu qolla nəticələndi. Şafranko Anatolinin qapıya paralel ötürməsindən maksimum faydalandı və Radenoviçlə mübarizədən qalib ayrılaraq hesabı bərabərləşdirdi. Ardınca Konate uğursuz, dəqiq desək, Yusifin zərərsizləşdirdiyi zərbə ilə yadda qaldı. Ayazın komandasını hesabda önə keçirmək istəyinə Fernandes mane oldu. Nəticədə komandalar fasiləyə “sülh”lə yollandı. Bir qəsər əvvəl vurğuladığımız kimi, ikinci hissəylə bağlı gözləntilər doğrulmadı. Düzdü, “Sabah” ardıcıl hücumlarla rəqibi çəkindirməyə çalışdı. Əvvəlcə Tellur qol vurmaq istəsə də, Fernandes irəli atıldı və topu ondan “oğurlayaraq” təhlükəni sovuşdurdu.
Ardından Sekidikanın qapıya zərbəsi qeydə alındı ki, top Rüfətə dəyərək istiqamətini dəyişdi. Belədə “indi növbə bizimdi” deyən “Şamaxı” irəli atıldı. Yusif Konatenin zərbəsini dəf etsə də, Pusinin fərqlənməsinə mane ola bilmədi. Beləcə albaniyalı Rafaelin künc zərbəsindən göndərdiyi topu başa tora qovuşdurdu – 2:1. Hesab “Sabah”dan çox “Şamaxı”nı ruhlandırdı ki, meydan sahibləri fərqi artırmağa müvəffəq oldu. Buna qədər isə Edqarın cəhdi qeyri-dəqiqlik üçündən boşa çıxdı. Hər halda, Mikels 62-ci dəqiqədə Pusinin ötürməsi sayəsində qol vurmaqla komanda yoldaşının “günahını yudu”. Bundan sonra nə Berezutskinin əvəzetmələri fayda verdi, nə də “bayquşlar”ın hücum cəhdləri. Hətta “şirlər” daha istəkli çıxışla yadda qaldı desək, yanılmarıq.
Odu ki, Masazır təmsilçisinin məğlubiyyəti qaçılmaz oldu. Beləliklə, “Şamaxı”nın qələbə həsrəti sona çatdı. “Sabah” isə ilk “4-lüy”ə düşmək üçün çox çalışmalı olacaq.
Gözdən qaçmadı
// “Şamaxı”nın Bolqarıstan “Arda”sından mövsümün sonuna qədər icarəyə götürdüyü Cəlal Hüseynov da matçı tribunadan izlədi
// “Şamaxı” azarkeşləri və “Soldati Di Sabah” əvvəldən sona qədər komandalarını dəstəklədi. Şamaxılılar qonaq tərəfdarlara müxtəlif şüarlarla (“Futbol sənin nəyinə? “Sabah”, dön evinə”, “Sabah” sus, “Şamaxı”nı dinlə”) acıq verməyi də unutmadı.
// Ayxan Abbasov hakimin qərarlarından naraz qaldı. Cavid Cəlilov ona şifahi xəbərdarlıq etdi.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Dekabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see288

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see275

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see240

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see235

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see235

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see230

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see229

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see225

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see214

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see207

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see206

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see205

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see196

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see195

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see191

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see189

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see184

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see182

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri