Icma.az
close
up
RU
Abbasov: “Evdə sevinc başqa olur”

Abbasov: “Evdə sevinc başqa olur”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasının XXXI turunun “Şamaxı” – “Kəpəz” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Stresli, maraqlı, sürətli oyun oldu. Azarkeşlər möhtəşəm atmosfer yaratmışdı. Qələbə qazanmaq istəyirdik. Evdə sevinc başqa olur. İstədiyimiz qələbəni qazandıq. Rəqib yaxşı mübarizə apardı. İki komandanın da şansları var idi. Qarşıdakı oyunları böyük motivasiya ilə oynamalıyıq. Yuxarı sıralara qalxa bilərik. Gənclərimizin inkişafı üçün oyunlar vacibdir. Bu il istəyimizə çatacağımıza inanırdıq. Gələn mövsüm daha yaxşı olmaq üçün belə matçlar lazımdır.

– Bir hücumçunuz qalıb.
– Bir hücumçu ilə çətindir. Taktiki dəyişikliklər edə bilərik. Qarşıda çətin Tovuz səfəri var. Brahim və Mayklın sarı vərəqəsi var idi. Mayklı əvəzləmək istəyirdik, alınmadı.

– Digər komandalarda olan gəncləri heyətinizə qatmaq üçün danışıqlara başlamısınız?
– Bəli.

– Tovuz səfərində nəyə ümid edirsiniz?
– “Turan Tovuz”un motivasiyası var. Üçüncü sıraya yüksəlmək istəyirlər. Aramızdakı 3 oyunda da pis oynamamışıq. Yeni komanda olduğumuz üçün bəzi matçlarda yaxşı oynasaq da, qələbə qazana bilmirdik. Bizimçün hər oyun çətindir, Tovuz səfəri daha çətin.

– Kimlərlə yola davam edəcəksiz?
– Danışıqlarımız davam edir.

– Mikelsin qalmaq ehtimalı var?
– Oyunçuların təklifləri var. Ən az büdcə bizdədir. Bizdən başqa digər komandaların dəstəyi var. Planlarımız var büdcəni gözləyirik. Gənc futbolçularla danışırıq.

– “İmişli” – “Qəbələ” oyununu stadiondan izlədiniz. Təəssüratlarınız necədir?
– Çox oyunlara gedirəm. I Liqanın vacib oyunu idi. “İmişli” daha istəkli idi. “Qəbələ”də gənclər var, onları iş başında görmək istəyirəm. Yaya qədər seleksiyamız var. Hər kəsi izləyəcəm. Həm də gələcək rəqiblərimizdir.

– Sponsorunuz olsaydı, avrokuboklara iddialı “Şamaxı” yarada bilərdiniz?
– Sponsorun fikri önəmlidir. Ayxan Abbasovdan olsa, edər.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Aprel 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri