Icma.az
close
up
RU
“...Abbasov millinin baş məşqçisidi, gənc futbolçunu bizə verməlisən” belə demək olmursa...

“...Abbasov millinin baş məşqçisidi, gənc futbolçunu bizə verməlisən” belə demək olmursa...

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli premyer-liqasının 32-ci turu “Şamaxı”nı sevindirən xəbərlə əlamətdar oldu. “Araz-Naxçıvan”ı qəbul edən “Səbail”in xal itirməsi (1:1) “Turan Tovuz” meydanından heç-heçə ilə ayrılan “şirlər”in (1:1) premyer-liqada qalmasını rəsmiləşdirdi.

Deməli, indi bölgə təmsilçisi növbəti mövsüm üçün heyətlə bağlı dəyişikliklər haqda düşünə bilər.
Xatırlayırsızsa, “Şamaxı”nın və U-21-in baş məşqçisi Ayxan Abbasov yığmamızın gələcəkdə daha uğurlu nəticələr qazanması üçün başqa komandalarda olan gənc futbolçuların kollektivə cəlb edilməsi yönündə danışıqlara başlandığını demişdi. Bu yöndə daha ətraflı məlumat almaq üçün “şirlər”in baş meneceri Kamran İsmayılovla əlaqə saxladıq. Onun “Football-plus.az”a açıqlaması:

“Ayxan müəllimin dedikləriylə tanışam. Lakin əvvəlcə vacib məqamlara aydınlıq gətirməliyəm. Birincisi, hansısa futbolçuyla rəsmi müqavilə imzalanmadan bu barədə nəsə demək doğru olmaz. Bu üzdən hələ prosesin necə irəlilədiyi haqda əlavə bilgi verə bilməyəcəm. İkincisi, Ayxan Abbasov həm “Şamaxı”nın, həm də U-21 millisinin baş məşqçisidi. Amma mən təkcə “Şamaxı”nın baş meneceriyəm. Komandaya təkcə gənc futbolçular yox, həm də daha təcrübəli yerli futbolçular və legionerlər gələcək. Bu gün prioritetimiz sırf gənclər deyil, ümumiyyətlə, transfer prosesini düzgün istiqamətdə irəlilətməkdi. Gənclərlə bağlı onu deyə bilərəm ki heç kim hansısa kluba “gənc futbolçunu “Şamaxı”ya, Ayxan Abbasovun sərəncamına ver” əmri verməyib. Yəni bu proses sırf klubun siyasəti əsasında irəliləyəcək. Hansısa komanda öz yetirməsini və ya müqaviləsinin müddəti davam edən futbolçunu bizə verməyə bilər. Bunu da normal qarşılayırıq. Səlahiyyətimiz yoxdu ki, hansısa komandaya “Ayxan Abbasov millinin baş məşqçisidi, gənc futbolçunu bizə verməlisən” deyək. Premyer-liqada qalmağımıza gəlincə, bütün “Şamaxı” camiəsini təbrik edirəm. Çox sevindirici haldı ki, qarşımıza qayılan məqsədin öhdəsindən gəldik. Ümid edirəm ki, növbəti mövsümlərdə də hədəflərimizə çatacağıq”.

KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 May 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri