Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Abbasov sübut etdi ki…

Abbasov sübut etdi ki…

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Şamaxı” mövsümün son turunda “Sumqayıt” üzərində qazandığı qələbə ilə hədəfinə çatdı. Bölgə təmsilçisi növbəti mövsümdə də Premyer Liqada mübarizəsini davam etdirəcək. Əsas məqsəd məhz bu idi və onu reallaşdırmaq, xüsusilə sponsorsuz və məhdud resurslarla fəaliyyət göstərən bir klub üçün kiçik deyil, böyük uğurdur.

Elitada qalmaq sadəcə Premyer Liqada iştirak etmək deyil. Bu, eyni zamanda, gələcəyə edilən strateji bir yatırımı, bölgənin futbol xəritəsində varlığının qorunması deməkdir. Məsələn, “Turan Tovuz”un Premyer Liqaya dönüşü ilə bu bölgə yenidən nəfəs aldı. Klubun artıq sponsoru, ciddi işlər görən rəhbərliyi,  futbol akademiyası və yenilənəcək stadionu var. Eyni sözləri “Kəpəz” üçün də demək mümkündür. Gəncə klubu da yeni sponsor və akademiya ilə gələcəyə ümid vəd edir.

Bütün bunlar yalnız Premyer Liqanın bir hissəsi olmaqla mümkündür. Elita səviyyəsində çıxış etmək həm təbliğatdır, həm də vitrinə çevrilməkdir. Bu səbəbdən “Şamaxı”nın məhdud imkanlarla belə liqada qalması bölgə futbolunun yaşaması baxımından həyati önəm daşıyır. Bugünkü çətinliklər əbədi deyil. Zamanla sabitlik, dəstək və sponsor da gələcək – yetər ki, sağlam zəmin qorunsun.

“Şamaxı”nın bu mövsümdə əldə etdiyi uğurların arxasında Ayxan Abbasovun işini görməzlikdən gəlmək mümkün deyil. Təcrübəli mütəxəssis növbəti dəfə sübut etdi ki, imkanların azlığı peşəkarlığın qarşısında əngəl deyil. O, eyni zamanda, Rauf Rüstəmli, Rüfət Abbasov, Edqar Ədilxanov kimi gəncləri Azərbaycan futboluna qazandırmaqla da böyük iş gördü.

Amma bəlkə də Abbasovun bu mövsümdəki ən böyük zəfəri klubun yaşadığı böhrana baxmayaraq komandanı toparlaya bilməsidir. Danışılmış oyunlara görə yaşanan qalmaqallar, heyətin parçalanması, kapitanın futboldan uzaqlaşdırılması klub daxilində xaos yaratmışdı. Belə vəziyyətdə futbolçuların motivasiyasını qorumaq və onları qarşıdakı oyunlara hazırlamaq ciddi bacarıq tələb edirdi. Abbasov və klub rəhbərliyi bu çətin dönəmi soyuqqanlılıqla idarə edə bildilər.

U-21 millimizin baş məşqçisi olan Abbasovdan milli səviyyədə də gözləntilər böyükdür. O, nəhayət ki, çoxdan layiq olduğu posta gətirilib. Bəlkə də bu mərhələdə qazandığı uğurlarla yerli məşqçilərə qarşı olan önyarğıları sarsıdacaq. Amma bunun üçün zamana, dəstəyə və çalışmağa şərait yaradılmasına ehtiyac var. 

Həsən Quluzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 15 Aprel 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri