Icma.az
close
up
RU
Abbasovlu U 21 dən nə gözləyək?

Abbasovlu U 21 dən nə gözləyək?

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

TƏRLAN ABBASZADƏ

U-21 yeni eraya, Ayxan Abbasovun dönəminə qədəm qoydu. Bu günlərdə futbol camiəsinin əsas mövzusu da məhz budur. Bəzi mütəxəssislər açıq-aydın deməsələr də, səhnə arxasında "bir məşqçinin iki yerdə işləməsi dügün deyil, Abbasova belə etimad hardandır" sualını verib, bu təyinata ağız büzürlər.
Nəyə desəz and içərəm ki, belələrinin sayı heç də az deyil. Ayxan bəyin ümid yığmasına baş məşqçi təyin olunacağını yazdığımız gündən indi adlarını çəkmək istəmədəyim, ancaq ölkənin futbol camiəsində yetərincə tanınan və nüfuzu olan neçə-neçə məşqçi "doğrudan Ayxan U-21-ə gəlir?" sualını verib, təsdiq cavabını eşidincə, "bu düzgün deyil. O, nə edib ki, həm klubda, həm də millidə işləyəcək" söyləyib. Hamısına da cavabımız eyni olub. Abbasov olduğu yeri haqq edib, hələ gələcəkdə daha yüksək zirvələri fəth etmək potensialı olan məşqçidir. O, bunu işi və əməli, ədalətli qərarları, məşqçilik qabiliyyəti ilə sübut edib.
Bu, heç də şəxsiyyətə pərəstiş deyil, sadəcə, olanı demək və düz olanı dilə gətirməkdir. Abbasovun məşqçilik karyerasına nəzər saldıqda bunu görmək mümkündü. "Zirə"nin futbol akademiyasından başlayan yol heç də hamar olmayıb. Bir müddət akademiyanın aşağı yaş qruplarında çalışan mütəxəssis "qartallar"ın əsas komandasını da çalışdırıb. Ondan sonra "Sumqayıt", ardınca "Turan Tovuz" və hələ ki, son dayanacaq "Şamaxı"...
Abbasov çalışdığı hər klubda iz qoymağı bacarıb desək, yanılmarıq. 2016-cı ildə baş məşqçi kimi "Zirə" ilə yola çıxan Abbasov "Sumqayıt"ı avrokuboklara daşıyan ilk baş məşqçi kimi adını tarixə yazdırdı. 9 ildən sonra elitaya dönən "Turan Tovuz"u sıfırdan qurmaqla bu gün qitəmiqyaslı turnirlərə qatılmaq istəyən komandanın bünövrəsini qoydu. Bir illik fasilədən sonra elitaya qayıdan "Şamaxı"nı mövsümün əvvəlində çoxları zəif gözündə görsə də, "şirlər" bu gün Premyer Liqada əksər klublara başağrı olmağı bacarıb. Onu da nəzərə almaq lazımdı ki, Abbasovun çalışdığı klublar heç də böyük büdcələri, tanınmış, adlı-sanlı legionerləri ilə seçilməyiblər. Və ən əsası işlədiyi hər yerdə gənclərə güvənib, onların üzə çıxmasında rol oynayıb.
Abbasovu xarakteri olan məşqçilər qrupuna da aid etmək olar. Lazım gələndə baş məşqçi kimi sərt üzünü göstərirsə, lazım gələndə incə zarafatla könül almağı da bacarır.
Bu sadaladıqlarım bəs edir, yoxsa davamı gəlsin?! Odur ki, sözüm Abbasovun təyinatına ağız büzüb, narahat olanlaradır. Hər kəs çəkdiyi zəhmətin bəhrəsini görür. Abbasova güvənmək və yeni postunda uğurlar arzulamaq lazımdır.
Elə AFFA rəhbərliyinin 2 tsikllik anlaşmaya imza arması da güvən nümayişidir. Assosiasiyanın bu qərarının arxasından daha bir neçə məqam dayanır. İlk növbədə "Şamaxı"nın U-21-in baza klubu olmasını xüsusi qabartmaq lazımdı. "Şirlər" Premyer Liqada keçirdikləri ilk mövsümdə yerli futbolçulardan yararlanmaqla futbolumuza təkan vermək arzusunu nümayiş etdirmişdi. Bəli, yekunda bunun səhv olduğunu özləri də gördü. Ancaq bu dəfə fərqli olacaq. Axı, ölkənin əksər perspektivli futbolçuları ilə çiyin-çiyinə legionerlər də yer alacaq ki, bu da ümuni işin inkişafına təkan verəcək: istər "Şamaxı" üçün, istərsə də U-21.
Əlbəttə, biz iddia etmirik ki, U-21 qrup qalibi olmaq uğrunda mübarizə aparacaq. Sadəcə, Ayxan bəy autsayder komandalarla ortabab nəticə verməyi bacarığında xüsusi istedada sahibdirsə, gənclər millisində də bunu etmək şansı kifayət qədər yüksəkdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://sport24.az
archiveBu xəbər 14 Mart 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri