Icma.az
close
up
RU
Abbaszadənin anonsu Qəbul balları niyə ARTIB...

Abbaszadənin anonsu Qəbul balları niyə ARTIB...

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“İlkin təhlillər göstərir ki, müsabiqə vəziyyəti ixtisas qrupları üzrə fərqlənir".

Bunu ötən həftə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, I ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 1–2 bal azalacağı gözlənilir: “500–600 bal intervalında keçid ballarında təxminən 16 baladək azalma ola bilər. 400–500 bal intervalında isə təxminən 5 bal azalma proqnozlaşdırılır. 400 baldan aşağı intervallarda isə məzun və kvota sayındakı dəyişikliklər səbəbindən keçid ballarının artacağı gözlənilir".

Qeyd olunub ki, II ixtisas qrupu üzrə əksər bal intervallarında keçid ballarında 1–3 bal azalma gözlənilir: “300–400 bal intervalında azalma 12 baladək çata bilər. 200–300 bal intervalında isə məzun və kvota sayının artması səbəbindən keçid ballarının 3–4 bal yüksəlməsi mümkündür. III ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 3–4 bal azalma ola bilər. 500–600 bal intervalında isə keçid ballarının 3–4 bal artacağı gözlənilir. 200–500 bal aralığında yerləşən ixtisaslarda keçid ballarında 1–8 bal artım proqnozlaşdırılır”.

DİM sədri bildirib ki, IV ixtisas qrupunda rəqabət daha yüksəkdir: “Hazırkı məlumata görə, 600 baldan yuxarı nəticə göstərənlərin sayı 1000 nəfərdən çoxdur. Nəticədə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 15–17 baladək artım mümkündür. 500–600 bal intervalında da keçid ballarının yüksələcəyi gözlənilir. 400–500 bal intervalında keçid ballarının əsasən ötənilki səviyyədə qalacağı ehtimal edilir. 200–300 bal intervalında isə keçid ballarının aşağı düşməsi gözlənilir”.

Bəs qəbul ballarında artım və azalma səbəbləri hansılardır?

Təhsil eksperti Elmin Nurinin Musavat.com-a ddiyinə görə, keçid ballarının artmasına və ya azalmasına təsir edən iki əsas məqam var.

"Birincisi, imtahanlarda abituriyentin göstərdiyi nəticə, onların imtahanlardakı iştirak göstəriciləri və bunun statistik əlamətləridir. İkincisi isə plan yerləridir. Yəni yalnız bu iki məfhum keçid ballarında artım və azalma tempini müəyyənləşdirir. Bu, ixtisas seçiminə qədər olan prosedurdur. İxtisas seçimi zamanı isə daha bir faktor meydana çıxır. Bu nədir? Hər hansı universitetə, hər hansı ixtisasa abituriyent tərəfindən edilən seçimlər, onların həmin ixtisaslara göstərdiyi maraq və reaksiyalardır”, - deyə ekspert bildirib.

Elmin Nuri qeyd edib ki, məsələn, seçimlər ayın 11-də, yaxud 12-də başlayacaq: “Biz əvvəlcədən bilmirik ki, BDU-nun kimya ixtisasına nə qədər abituriyent müraciət edəcək, öz kodlaşdırmasında həmin ixtisası seçəcək. Bunu əvvəlcədən heç kim bilə bilməz. Bu, proqnozlaşdırılması mümkün olmayan bir detaldır. Amma məhz bu bilmədiyimiz detal ixtisas seçiminin nəticələri açıqlanarkən keçid balının qalxmasına və ya azalmasına ciddi şəkildə təsir göstərəcək”.

Ekspert xüsusilə IV ixtisas qrupu üzrə yüksək bal intervallarında rəqabətin hər il daha güclü olduğunu vurğulayıb: "Təsadüfi deyil ki, hər il IV ixtisas qrupu üzrə yüksək bal intervallarında rəqabət çox güclü olur. Nəyə görə? Birincisi, IV ixtisas qrupu öz stabilliyi, həmçinin abituriyentlər arasında intellektual elitası ilə fərqlənən qruplardan biridir. Bu qrupa imtahan verənlərin böyük əksəriyyəti hazırlıqlı və əsasən tibb, eləcə də tibb yönümlü digər ixtisasları hədəfləyən şəxslərdir".

Ekspertin fikrincə, bu səbəbdən onların arasında rəqabət yüksək bal tələb edən ixtisaslar üzərində cəmləşdiyi üçün məhz bu interval çox ciddi rəqabətlə üz-üzə qalır: "Təsəvvür edin ki, IV ixtisas qrupunda 300–400, hətta sizi inandırıram ki, 250–300 bal intervallarında o qədər də ciddi rəqabət yoxdur. Məsələn, 320 bal yığan IV qrup abituriyenti daha rahat tələbə ola bilir. Çünki onun üçün hansı ixtisası seçməsinin müəyyən mənada böyük fərqi olmaya bilər. Amma 635 bal yığan abituriyent yalnız tibb ixtisasını istəyirsə, o zaman daha ciddi rəqabətin içərisindədir. Çünki həmin abituriyentin hədəfi konkret olaraq yüksək bal tələb edən ixtisasdır və bu ixtisaslara müraciət edənlərin sayı artdıqca rəqabət də yüksəlir. İndi ixtisas qrupları üzrə statistik göstəricilər açıqlanandan sonra biz bu barədə daha dolğun fikir deyə bilərik. Məsələn, ötən il IV ixtisas qrupunda 600–700 bal aralığında nəticə göstərənlərin ümumi sayı 860 nəfər idi. Təsəvvür edin, bu il həmin rəqəm 860-dan az olacaqsa, biz bu intervalda rəqabətin zəifləyəcəyini deyə bilərik. Əgər 860-dan çox olacaqsa, o zaman yüksək bal intervalında rəqabətin daha güclü olacağını söyləmək mümkündür. Yəni keçid ballarının necə dəyişəcəyini dəqiq müəyyənləşdirmək üçün yalnız abituriyentlərin topladığı ballara baxmaq kifayət etmir. Həm plan yerlərinin sayı, həm də yüksək nəticə göstərən abituriyentlərin sayı nəzərə alınmalıdır.

Ən əsası isə ixtisas seçimi zamanı abituriyentlərin hansı ixtisaslara üstünlük verəcəyini əvvəlcədən bilmək mümkün deyil. Məhz bu seçimlər yekun nəticədə keçid ballarının formalaşmasına ciddi təsir göstərəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Avqust 2026 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri