ABDF Litvanın “Dominari” şirkəti ilə birgə istehsal müəssisəsi yaradır
Azvision saytına istinadən Icma.az xəbər verir.
Yeni yaradılan birgə müəssisədə (“East Components Company” MMC) ABDF-in payı 21% təşkil edəcək. Müəssisə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı ərazisində fəaliyyət göstərəcək. “Dominari” şirkəti layihədə əsas investor, avadanlıq təchizatçısı, texniki bilik və istehsal təcrübəsi təminatçısı, həmçinin məhsullar üzrə zəmanətli alıcı qismində çıxış edəcək. Bu əməkdaşlıq modeli layihənin ilkin mərhələdən etibarən stabil bazar çıxışının formalaşdırılmasına xidmət edir.
Ümumi dəyəri 9,8 milyon AZN təşkil edən layihənin ilk mərhələsində 1,77 hektar ərazidə taxta mebel komponentlərinin istehsalı üzrə ixtisaslaşmış müəssisənin yaradılması planlaşdırılır. Müəssisənin fəaliyyətə başlaması ilə təxminən 70 yeni iş yerinin yaradılması gözlənilir.
Layihə işğaldan azad olunmuş ərazilərdə sənaye istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı və yeni məşğulluq imkanlarının yaradılması istiqamətində həyata keçirilən təşəbbüslərə töhfə verməyi hədəfləyir.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Ümumi dəyəri 9,8 milyon AZN təşkil edən layihənin ilk mərhələsində 1,77 hektar ərazidə taxta mebel komponentlərinin istehsalı üzrə ixtisaslaşmış müəssisənin yaradılması planlaşdırılır. Müəssisənin fəaliyyətə başlaması ilə təxminən 70 yeni iş yerinin yaradılması gözlənilir.
Layihə işğaldan azad olunmuş ərazilərdə sənaye istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı və yeni məşğulluq imkanlarının yaradılması istiqamətində həyata keçirilən təşəbbüslərə töhfə verməyi hədəfləyir.
AzVision.az
Bu mövzuda digər xəbərlər:Mikayıl Cabbarov Dominari şirkətinin nümayəndələri ilə görüşüb
19 May 2025 17:01
Lizinq şirkəti BOKT yaradır
23 İyun 2026 17:51
Millimiz Litvanın qonağı olacaq
04 Aprel 2025 13:20
Bakıda Litvanın Müstəqillik Günü
12 Fevral 2026 11:39
Ərdoğan Litvanın baş naziri ilə danışıb
25 Avqust 2026 10:23
Baxış sayı:156
Bu xəbər 05 İyun 2026 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















