Abdulkadir Uraloğlu: Türkiyədə emissiyaların azaldılması məqsədilə tədbirlər həyata keçirilir
Icma.az, Report.az saytına istinadən bildirir.
Türkiyədə emissiyaların azaldılması məqsədilə tədbirlər həyata keçirilir.
"Report" xəbər verir ki, bunu Türkiyənin infrastruktur və nəqliyyat naziri Abdulkadir Uraloğlu COP29 çərçivəsində media nümayəndələri ilə görüşdə deyib.
O, COP29-da infrastruktur və nəqliyyat sahəsində görülən işlər barədə müzakirələr apardığını söyləyib:
"COP29-da iqlim dəyişikliyindən bəhs edirik. Biz də infrastruktur və nəqliyyat sahəsində Türkiyədə və dünyada görülən işləri bölüşürük".
Nazir bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra belə bir böyük tədbirə ev sahibliyi edir:
"Tədbirin təşkili yüksək səviyyədədir. Belə bir təşkilatçılığa görə təşəkkür edirəm".

Abdulkadir Uraloğlu: COP29da təşkilatçılıq yüksək səviyyədədir
20 Noyabr 2024 14:53
Türkiyəli nazir Abdulkadir Uraloğlu Çadda səfərdədir
23 Yanvar 2025 20:40
Abdulkadir Uraloğlu: COP29da təşkilatçılıq yüksək səviyyədədir AZƏRTAC
20 Noyabr 2024 14:38
Abdulkadir Uraloğlu Sıfır tullantı mövzusunda hazırlanan stendi ziyarət edib
20 Noyabr 2024 17:28

