Abdulla Abdullayev: Azərbaycan sülhməramlı qüvvələrini ən çətin dövrdə yaradıb
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan sülhməramlı qüvvələrinin yaradılması ölkənin ən mürəkkəb dövrlərindən birinə təsadüf etsə də, dövlət beynəlxalq öhdəliklərini yerinə yetirərək bu istiqamətdə mühüm addımlar atıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi, polkovnik Abdulla Abdullayev “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatında bildirib.
Onun sözlərinə görə, Azərbaycan 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulduqdan, 1996-cı ildə isə təqdimat sənədini Alyansa təqdim etdikdən sonra beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək öhdəliyini üzərinə götürüb:
“Torpaqların 20 faizinin işğal altında olduğu, ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkünün yaşadığı mürəkkəb şəraitə baxmayaraq, Azərbaycan 1997-ci ildə sülhməramlı qüvvələrini formalaşdırıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 02 İyul 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















