Icma.az
close
up
RU
Abdullah Ağar: Çapa hazırlanan “Qarabağ dastanı” kitabı gələcək nəsillər üçün əkilmiş bir toxumdur

Abdullah Ağar: Çapa hazırlanan “Qarabağ dastanı” kitabı gələcək nəsillər üçün əkilmiş bir toxumdur

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul, 2 aprel, Günel Karatepe, AZƏRTAC

Türkiyənin ehtiyatda olan zabiti, hərbi ekspert Abdullah Ağar Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan 44 günlük Vətən müharibəsinə həsr olunan “Qarabağ dastanı” adlı kitab yazıb.

Bununla bağlı AZƏRTAC-a müsahibə verən müəllif hazırladığı kitabı İkinci Qarabağ müharibəsinin tarixi və strateji əhəmiyyətinin araşdırılması üzərində qurduğunu və bu nəşrin Azərbaycanın qazandığı Zəfəri ən müfəssəl təsvir edən əsərlərdən biri olacağını qeyd edib.

Türkiyədə hərbi və strateji təhlilləri ilə tanınan, ölkənin ən nüfuzlu hərbi ekspertlərindən hesab edilən Ağar bu kitabı İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm vasitə kimi qiymətləndirir: “Birinci Qarabağ müharibəsi zamanı mən Türkiyənin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdim. Hər insanın həyatda bir məqsədi var, mən isə özümü Azərbaycanın Qarabağ davasına həsr etmiş bir şəxs kimi görürəm və bu baxımdan Vətən müharibəsinin başlaması mənim üçün əslində bir ilham mənbəyi oldu. İçimdə bu müharibənin kitabını yazmaq istəyi oyandı. Bunun üçün ilk növbədə həm Türkiyə, həm də Azərbaycanın müvafiq qurumlarından lazımi icazəni aldım və kitabı yazmağa başladım. Bunun üçün yeddi ay Azərbaycanda yaşadım və hər gün dayanmadan 18 saat kitabın üzərində işlədim. Sonra Türkiyəyə qayıtdım və nəşr üzərində işlər burada da səkkiz ay davam etdi. Hazırda nəşrin məzmunu tam olaraq hazırdır və mən onu Azərbaycanın aidiyyəti qurumlarına təhvil vermişəm. Kitabın Azərbaycan, türk, rus və ingilis dillərində nəşr olunması planlaşdırılır”.

Nəşrdə İkinci Qarabağ müharibəsində iştirak etmiş yüksəkrütbəli zabitlərdən tutmuş əsgərlərə qədər 300-ə yaxın insanla müsahibənin yer alacağını bildirən müəllif əsərinin Azərbaycanın Zəfər yolunda göstərdiyi qəhrəmanlıqla yanaşı, doğru strateji həmlələrini də oxucuya təqdim etmək məqsədi daşıdığını deyib: “Qarabağ müharibəsini təsvir edərkən mənim üçün son dərəcə vacib olan Azərbaycan dövlətinin, xalqının, Ordusunun haqq-ədalət axtarışı və bunun uğrunda ödədiyi bədəlləri oxucuya düzgün izah etmək, çatdırmaq idi. Bunun üçün də bu yolda qəhrəmanlıq göstərmiş, qazi olmuş insanların hekayələrini anlatmaq çox vacibdir. Bu da mənə görə kitabın ən əsas hissəsidir. Dünya müharibə ədəbiyyatında belə bir əsərin olduğunu düşünmürəm. Belə bir kitabı yazmaq praktiki baxımdan da çox çətindir. Çünki bu, bir millətin tarixinə işıq tutacaq çox məsuliyyətli işdir. Müharibədə iştirak edən, çətin tapşırıqları yerinə yetirən hər bir şəxslə danışmalı və heç nəyi gözdən qaçırmamalı idim”.

Kitabındakı hər bir hekayənin bir tarix olduğunu deyən Abdullah Ağar sözlərinə belə davam edib: “Mən bu kitab üzərində işləyərkən müharibədə iştirak edən insanlarla söhbətlər edib, onların necə döyüşdüklərini dinlədim. Ayrı-ayrılıqda eşitdiyim bütün bu hekayələrin hamısının özündə fədakarlıq, zəhmət, səbir, cəsarət, əzm, zəka və qəhrəmanlığı birləşdirdiyini gördüm. Bunları tarixə yazmaq da son dərəcə vacib və dəyərlidir. Xüsusilə şəhid qəhrəmanların hekayələri çox təsiredicidir. Bu insanların zərrə qədər tərəddüd etmədən Vətəni, milləti, dövləti, uca yaradan və ədalət uğrunda canlarını riskə atmaları hər birimiz üçün nümunədir. Mənə ən çox təsir edən isə Murov dağında ölümü belə heçə sayan əsgərlərin savaşı oldu. Relyef baxımından olduqca çətin şəraitdə ermənilərlə döyüşən cəngavər əsgərlərin ölümlə üz-üzə qaldıqları an mənə çox ağır gəldi. Xüsusi təyinatlıların bir kapitanı ilə danışdım və onun səkkiz dəfə yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etmədiyini öyrəndim. Bu da bir insanın Vətəni üçün ruhunu, bədənini, canını fəda etməsinin əyani sübutudur. Onların göstərdiyi bu qəhrəmanlıq həm tarixdə iz qoyacaq, həm də gələcəyə işıq tutacaq”.

Vətən müharibəsinin təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə, Türk dünyası və haqqını axtaran bütün millətlər üçün son dərəcə mühüm tarixi hadisə olduğunu vurğulayan müsahib Qarabağ uğrunda gedən döyüşlərin, əslində, Azərbaycanın bütün dünyaya əsl dövlətçilik, vətənpərvərlik dərsi verdiyini deyib: “Bütün bunları özündə əks etdirən bu kitab milli şüurun formalaşması, müharibə şəraitində Vətənin qorunması və sağ qala bilmək bacarıqlarının gənclərə, gələcək nəsillərə çatdırılması baxımından son dərəcə əhəmiyyətlidir. Mən, əslində, hazırladığım əsəri gələcək üçün əkilmiş bir toxum kimi görürəm. İnanıram ki, yüz illər sonra yazdıqlarımı oxuyan hər bir insan bundan ibrət götürəcək, qürur duyacaq və onda gələcəyə ümid yaranacaq”.

İkinci Qarabağ döyüşlərinin böyük əhəmiyyət daşıdığını qeyd edən Ağar bildirib ki, “Qarabağ dastanı” dünya müharibə ədəbiyyatının olduqca mühüm nümunəsidir və onun başqa dillərə tərcümə edilərək fərqli ölkələrdə də nəşri çox vacibdir. Digər tərəfdən, kitabla bağlı ən azı on keyfiyyətli film və seriallar da çəkilə bilər. Çünki orada cərəyan edən bütün hadisələr həqiqəti əks etdirir ki, bu da insanlar üçün çox maraqlıdır.

Hazırda Türkiyə Silahlı Qüvvələrinin mübarizələrindən bəhs edən yeni əsər üzərində işləyən yazıçı bunun da onun üçün çox dəyərli olduğunu bildirib: “Bir misal var “Söz uçar, yazı qalar”. Hesab edirəm ki, mənim də əsərlərimin hamısı tarix və millət baxımından gələcək nəsillər üçün bir istinad mənbəyi olacaq”.

Qeyd edək ki, müasir Azərbaycan tarixinin ən mühüm hissəsini özündə əks etdirəcək, müharibənin təkcə hərbi deyil, həm də ictimai-siyasi aspektlərinə toxunacaq 1500 səhifədən ibarət irihəcmli bu əsərin Türkiyədə də böyük maraqla qarşılanacağı gözlənilir.

Türkiyə Silahlı Qüvvələrinin Ali Hərbi Məktəbindən (Kara Harp Okulu) məzun olan Abdullah Ağar uzun illər davam edən hərbi fəaliyyətindən sonra terror və terrorla mübarizə, Türkiyə Ordusunun hərəkatları haqda doqquz kitab yazıb. Onun müəllifi olduğu əsərlərin əksəriyyəti müharibədən bəhs edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri