Icma.az
close
up
RU
Abdullah Ağar: PKK nın “geri çəkilmə” şousu sülhə yox, manipulyasiyaya xidmət edir

Abdullah Ağar: PKK nın “geri çəkilmə” şousu sülhə yox, manipulyasiyaya xidmət edir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"PKK bazar günü yeni bir təxribat xarakterli addım ataraq özünü “geri çəkilmə” adı altında təqdim etdi. Əslində, Türkiyə daxilində fəaliyyəti iflic olmuş, dağılmış vəziyyətdə olan azsaylı terrorçu dəstələrinin “geri çəkildiyini” bəyan etməsi yalnız bir nümayiş, yəni “algı əməliyyatı” idi. Onlar bu addımı atmaqla guya sülhə meyilli olduqlarını göstərmək istəsələr də, əslində məqsəd fərqli idi. Bu, həm Türkiyə cəmiyyətini çaşdırmaq, həm də dövlətin reaksiyasını ölçmək üçün planlaşdırılmış bir oyundur".


Bu sözləri Sherg.az-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar bildirib.


 O qeyd edib ki, Sabri Ok adlı PKK təmsilçisinin oxuduğu bəyanatda təhlükələrdən, guya Türkiyə və kürdlərə yönələn təzyiqlərdən danışılırdı:


"Əgər həqiqətən belə bir təhlükə varsa, bu halda ediləcək düzgün addım bu deyildi. Əgər strategiya doğru idisə, onda bu bəyanat aldadıcı xarakter daşıyırdı. PKK-nın məqsədi təhlükəni aradan qaldırmaq deyil, onu öz məqsədləri üçün istismar etməkdir. Təşkilat hər zaman olduğu kimi indi də qorxutma, yönləndirmə və şantaj taktikasından istifadə edir. Lakin bu prosesdə səmimiyyət, şəffaflıq və fədakarlıqdan əsər-əlamət yoxdur. Əksinə, ortada hələ də təhdid, təzyiq və manipulyasiya var. PKK-nın bəyanatında “keçid hüququ” ifadəsi xüsusi diqqət çəkir. Bu, sadəcə siyasi tələb deyil, dövlətin suveren qərarvermə mexanizminə müdaxilə cəhdidir. Başqa sözlə, terror təşkilatı Türkiyənin idarəetmə sisteminə öz təsirini daxil etməyə, yəni dövlətin suverenliyinə “virüs” kimi sirayət etməyə çalışır. Bu, təhlükəli bir planın tərkib hissəsidir. Bəyanatda “Af istəmirik, hüquqi tənzimləmə istəyirik” ifadəsi də yer alıb. Bu cümlə ilə təşkilat əslində özünün legitim bir siyasi tərəf kimi tanınmasını tələb edir. Yəni məsələ cinayətkarların bağışlanması deyil, terror təşkilatının varlığının rəsmən qəbul etdirilməsidir. Bu isə dövlətin otoritetini bölmək və yeni bir siyasi mərkəz yaratmaq cəhdidir. PKK lideri Abdullah Öcalanın tez-tez bəyanatlarda önə çəkilməsi də təsadüfi deyil. “Apo ilə dialoq”, “Apo iradəsi”, “Apo komissiyası” kimi ifadələr əslində dövlətin qərarverici sisteminə birbaşa təsir etmək, yəni əlaqə xətləri açmaq və öz təsir dairəsini genişləndirmək məqsədi daşıyır. Bu, həm ideoloji, həm də informasiya baxımından təhlükəli bir sızma cəhdidir. Təşkilatın “barış və demokratik toplum” şüarı da eyni məqsədə xidmət edir. Bu ifadə sülh dəyərini təhrif edərək, PKK-nın öz mövcudluğunu dövlət sisteminə daşımaq üçün bir vasitəyə çevirir. Yəni “barış” adı altında dövlətin idarəetmə strukturuna müdaxilə, yeni otoritet sahəsi yaratmaq planı həyata keçirilir". 



Ekspertin sözlərinə görə, “geri çəkildik” deyən terrorçuların hamısının hələ də silahlı olması onların əsl niyyətini göstərir:

"Bu, sülh addımı deyil, güc nümayişidir. Silahlı görüntülərlə “biz buradayıq və istəsək, yenə hərəkətə keçərik” mesajı verilir. Bu, bir növ “psixoloji şantaj” formasıdır.PKK-nın “Medya Savunma Alanları” ifadəsi də diqqətəlayiqdir. Bu termin qədim “Med imperiyası” anlayışına istinad edir və təşkilatın gələcəkdə qurmaq istədiyi mifik “Med dövləti” ideyasını simvolizə edir. Bu, sadəcə hərbi geri çəkilmə deyil, ideoloji yenidən yerləşmədir. Təşkilat adını dəyişsə də, mahiyyətcə eyni qalır. KCK, YPG, TAK, HBDH və digər törəmə qurumlar sadəcə fərqli formalarda eyni sistemin hissələridir. Bəziləri şəhərdə, bəziləri sosial mediada, bəziləri iqtisadi fəaliyyətlərdə gizlənərək eyni məqsədə xidmət edir. Əslində PKK-nın bu “geri çəkilmə” addımı həqiqi mənada geri çəkilmə deyil, sistemə yenidən daxil olma cəhdidir. Təşkilat silahlı fəaliyyətini dayandırmaqdan çox, siyasi leqitimlik qazanmağa, dövlətin qərar mexanizminə təsir etməyə çalışır. Bu yolla həm öz mövqelərini qoruyur, həm də dövlətin reaksiyasını ölçür. Bu məsələ təkcə PKK-nın fəaliyyəti ilə məhdudlaşmır. 7 oktyabrdan sonra bölgədə yaranan yeni geosiyasi vəziyyət də burada rol oynayır. ABŞ və İsrail kimi güclər bölgədəki təsir dairələrini genişləndirməyə, Türkiyəni isə daxildən və xaricdən təzyiq altında saxlamağa çalışırlar. Bu, təkcə hərbi deyil, həm də psixoloji və strateji səviyyədə aparılan bir oyundur. İngiltərə, İran, bəzi ərəb ölkələri və Qərb gücləri də bu planın müxtəlif formalarında iştirak edir. Məqsəd Türkiyəni öz daxili qərar mərkəzlərindən zəiflətmək, onun milli iradəsini təsir altına almaqdır. Nəticə olaraq, PKK-nın “geri çəkilmə” şousu əslində sülhə yox, manipulyasiyaya xidmət edir. Bu, həm dövlətin, həm də cəmiyyətin qərar mexanizmlərinə sızmaq və onları yönləndirmək cəhdidir. Təşkilat bu addımla öz varlığını qorumağa, sistemin içində qalmağa və təsirini itirməməyə çalışır. Lakin tarix göstərir ki, bu kimi “algı əməliyyatları” uzunmüddətli nəticə vermir, çünki saxta sülh niyyətləri heç vaxt həqiqi sabitlik gətirmir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see262

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see217

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see163

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see152

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see145

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see144

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri