Icma.az
close
up
RU
Abdullah Ağar: Ukraynanın hücumu Rusiya nüvə triadasına simvolik və operativ təzyiqdir

Abdullah Ağar: Ukraynanın hücumu Rusiya nüvə triadasına simvolik və operativ təzyiqdir

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni peyk görüntülərinin təhlili Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiya hərbi hava bazalarına endirdiyi son zərbələrin təsirini üzə çıxarıb. Xarici mediaya görə, 1 iyunda baş vermiş hücumlar Rusiya strateji aviasiyasına ciddi zərbə vurub.

İrkutsk vilayətindəki “Belaya” aerodromunda üç Tu-95 bombardmançısı və üç Tu-22 raketdaşıyıcısı tamamilə məhv edilib, daha bir təyyarə isə zədələnib. Murmansk vilayətindəki “Olenya” bazasında isə iki Tu-95MS və bir An-12 tam yanıb, iki təyyarə isə təmirə möhtacdır.

Rusiya tərəfindən Ukraynaya qarşı istifadə olunan bu strateji təyyarələrin sıradan çıxarılması ekspertlər tərəfindən mühüm hərbi və siyasi hadisə kimi qiymətləndirilir. Onların fikrincə, bu itkilər Rusiya raket hücumlarının intensivliyini müvəqqəti azalda bilər.

Hücumlar həmçinin Ukraynanın Rusiyanın dərin arxa cəbhəsindəki hədəfləri vurmaq imkanlarını göstərir ki, bu da regionda hərbi-strateji vəziyyətə birbaşa təsir edir.


Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar "Sherg.az"a bildirib ki, Ukraynanın Rusiyanın dərinliklərində yerləşən 5 strateji hərbi bazaya endirdiyi sarsıdıcı hücum, Rusiya üçün müharibədə həyati əhəmiyyət daşıyan vasitələri sıradan çıxarmaq, Rusiyanı atəşkəsə və sülhə məcbur etmək, eyni zamanda onun hava hücumundan müdafiə və kəşfiyyat infrastrukturundakı zəiflikləri üzə çıxararaq onlardan faydalanmaq məqsədi daşıya bilər:


"Lakin məsələnin olduqca ciddi başqa bir tərəfi də var. Bu, təkcə Rusiyanın hərbi gücünə və beynəlxalq nüfuzuna zərbə vurmaqla məhdudlaşmır. Bu məsələ qlobal nüvə balansının pozulması ehtimalına, Rusiyanın nüvə doktrininin təzyiq altına düşməsinə və Rusiya üçün nüvə müharibəsi mühitinin formalaşmasına işarə edir.

Ukraynanın həyata keçirdiyi hücumlarda yalnız nüvə başlığı daşıya bilən Tu-95, Tu-22M3 strateji bombardmançıları və nüvə məsələlərində erkən xəbərdarlıq-komanda funksiyasını yerinə yetirən A-50 təyyarələrinin yerləşdiyi 4 hava bazası deyil, həm də Rusiyanın Şimal Donanmasının əsas bazası olan və nüvə sualtı qayıqlarının yerləşdiyi Murmansk vilayətindəki Severomorsk bazasının da hədəf alındığı görünür. Bu hadisələr isə qlobal miqyasda ciddi bir qeyri-müəyyənlik və böhran potensialı yaradır. Çünki nüvə komponentli bu hücumlar Rusiyanın nüvə “üçlüyü” konsepsiyasının ən azı iki əsas hissəsinin həm fiziki, həm də simvolik baxımdan təzyiq altına alınmasına, hətta nüvə planlamasının pozulmasına gətirib çıxara bilər".


Ekspert vurğulayıb ki, Rusiyanın bu hücumlardan nüvə imkanları baxımından nə qədər zərər gördüyü və bu hücumları necə qiymətləndirəcəyi isə hələlik məlum deyil:

"Artıq ortada nəhəng bir sual dayanır: Rusiya qlobal nüvə qorxu balansının öz əleyhinə pozulmasına, bu balansın zamanlama və strateji hesablamalarının dəyişdirilməsinə, qlobal geosiyasi gücünə, çəkindirici təsirinə və nüfuzuna yönəlmiş belə bir hücum modelinə qarşı hansı addımı atacaq? Çünki Rusiyanın nüvə doktrini isə açıq şəkildə bildirir ki, əgər həyati əhəmiyyətli dövlət və ya hərbi infrastruktur hücuma məruz qalarsa, yaxud nüvə qüvvələrinin fəaliyyət qabiliyyəti sıradan çıxarsa və ya cavab zərbəsi imkanları təhlükə altına düşərsə, nüvə cavabı verilə bilər. Bu hücumların arxasında duran Ukraynadakı qərarvericilərin və onların arxasındakı güclərin əsl planı isə hələ ki sual altındadır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyun 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri