Abdullah Zubir: Mən bu anları Qarabağla yaşamaq istəyirəm
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Azərbaycanda futbolu sevirlər. Küçədə gedəndə çox adam məni saxlayır. Burada hər hansı gərginliyə, yersiz sözlərə bir dəfə də olsun rast gəlməmişəm". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Fransanın məşhur "L'Equipe" nəşrinə açıqlamasında bildirib.
Bu gün Bakıda keçiriləcək Avropa Liqasının V turunun "Qarabağ" - "Lion" matçından əvvəl 32 yaşlı futbolçu fransalı jurnalistə Bakıdakı həyatından danışıb və bildirib ki, sahilə yaxın ərazidə yaşayır: "Burda Fransada olduğu kimi, ətraf restoranlarla doludur. Həyat gözəldir. Burada hamı sülh şəraitində yaşayır. Təhlükəsizlik baxımından da hər şey əladır".
Zubir şərəfini qoruduğu klub barədə də məlumat verib: "Klub iddialıdır. Artıq ardıcıl 11 ildir ki, Avropa kubokunda yarışır. Bu isə məni həyəcanlandırır. Əsl matç adına oyunları - hansı ki, xoş bir anlar yaşayırsan - dördüncü günü axşamlar olur (Avroliqanı nəzərdə tutur). "Arsenal"a, "Bayer"ə, "Tottenhem"a, "Vilyarreal"a qarşı oynamışam. Amma heç vaxt Çempionlar Liqasınının iştirakçısı olmamışam. İki dəfə "pley-off"da mübarizəni dayandırmışıq. Mən bu anları "Qarabağ"la yaşamaq istəyirəm"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 28 Noyabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















