Abdurrahman Hüseynli: “Rəqiblərimə çətinlik çəkmədən qalib gələrək çempion oldum
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Yarış istədiyim kimi keçdi”.
Bunu İdman.biz-ə yunan-Roma güləşçisi Abdurrahman Hüseynli (45 kq) deyib.
O, Şimali Makedoniyanın paytaxtı Skopyedə U-17 Avropa çempionatındakı çıxışından danışıb. Güləşçi bildirib ki, qızıl medal qazandığı üçün çox sevinclidir: “Rəqiblərimə çətinlik çəkmədən qalib gələrək çempion oldum. Özümə çox inanırdım, çünki yığma ilə yaxşı hazırlıq keçmişdim. Bu qələbəmi ailəmə, valideyinlərimə həsr edirəm. Məşqçilərim Turac Hüseynliyə, Taleh Məmmədova, həmçinin başda Taleh İsrafilov olmaqla yığmanın məşqçilərinə təşəkkürümü bildirirəm. Növbəti hədəfim isə qarşıdan gələn dünya çempionatına daha yaxşı hazırlaşıb qələbə qazanmaqdır”.
Qeyd edək ki, Abdurrahman Hüseynli Avropa çempionatının finalında Saba Abaşidze (Gürcüstan) ilə qarşılaşıb. Güləşçimiz 9:0 hesabı ilə qalib gələrək, qızıl medala sahib çıxıb.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 12 İyun 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















