ABF prezidenti: “Olimpiadada uğurlu çıxış etmək üçün əcnəbi basketbolçulardan yararlanmaq lazımdır”
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Olimpiadada uğurlu çıxış etmək üçün əcnəbi basketbolçuların xidmətindən yararlanmaq lazımdır".
İdman.biz “Report”a istinadən xəbər verir ki, bunu Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Azərbaycan Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdə deyib.
O, yığmaya əcnəbi oyunçular cəlb edildiyi üçün bəzən tənqidlərə məruz qaldıqlarını söyləyib: “İstəyirik ki, Azərbaycan basketboluna fayda verə biləcək oyunçuların xidmətindən yararlanaq. Əgər Olimpiada kimi mötəbər yarışda iştirak etmək, müəyyən uğur əldə etmək istəyiriksə, bəzən xarici oyunçuların xidmətindən yararlanmalıyıq. İnanırıq ki, zamanla öz yerli basketbolçularımız lazımı formaya çatacaqlar və biz onlarla uğurlar qazanacağıq.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 25 Sentyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















