“Abituriyent” jurnalının 3 cü nömrəsi nəşr edilib FOTO
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Abituriyent” jurnalının 3-cü nömrəsi və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2024-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları nəşr edilib. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
“Abituriyent” jurnalının 3-cü nömrəsində 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim edilib.
“Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2024-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” xüsusi buraxılışda isə ixtisaslar üzrə minimal keçid balları dərc olunub.
Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, “www.abiturient.az” saytından və “Wolt” tətbiqindən sifariş etmək mümkündür.
Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi iyulun 31-dən avqustun 7-dək elektron formada aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 30 İyul 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















