Icma.az
close
up
RU
Abituriyentlər imtahandan niyə şikayət edir? Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI

Abituriyentlər imtahandan niyə şikayət edir? Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Builki buraxılış imtahanları yenə də müzakirələrin mərkəzindədir. Abituriyentlər imtahandan sonra yalnız sualların çətinliyindən deyil, həm də onların çox uzun və vaxt aparan olmasından narazılıq edirlər.

Bu narazılıqlar nə qədər əsaslıdır? Suallar həqiqətən də gözləniləndən çətin idimi?

Bu barədə təhsil eksperti Şəmsi Qoca “AzPolitika”ya açıqlamasında bildirib ki, araşdırmalar builki buraxılış imtahanları ətrafında yaranan narazılıqların həm elmi, həm də texniki səbəblərdən qaynaqlanan ciddi bir mənzərəni ortaya qoyduğunu göstərir.

Onun sözlərinə görə, abituriyentlərin şikayətləri yalnız sualların çətinlik dərəcəsi ilə məhdudlaşmır, eyni zamanda imtahanın ümumi strukturu və mətnlərin həcmi ilə bağlıdır: “Çünki son illərin tendensiyası göstərir ki, artıq şagirddən yalnız nəzəri bilik deyil, həm də yüksək oxuyub-anlama sürəti və analitik təhlil qabiliyyəti tələb olunur. Bir çox hallarda şagird sualın cavabını bilsə də, həddindən artıq uzun və mürəkkəb quruluşlu mətnləri oxuyub dərk etməyə sərf olunan vaxt onun digər tapşırıqlara fokuslanmasına mane olur və psixoloji gərginliyinin artmasına səbəb olur”.

Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi model ilə orta məktəblərdə tətbiq olunan tədris metodikası arasında müəyyən bir uyğunsuzluq mövcuddur: “Məktəb proqramı daha çox faktoloji biliklərə söykəndiyi halda, imtahanda qarşıya çıxan situasiya tipli və açıq suallar şagirddən operativ qərarvermə və zamanı düzgün idarəetmə bacarığı istəyir. Belə bir vəziyyətdə “orta” səviyyəli hesab olunan sualların belə çoxmərhələli olması ümumi çətinlik səviyyəsini süni şəkildə artırır və imtahanı abituriyentlər üçün əsl dözümlülük testinə çevirir. Nəticə etibarilə, builki müzakirələr təsdiq edir ki, problem təkcə sualların məzmununda deyil, imtahan modelinin şagirdlərin hazırlıq tempindən daha ağır və yorucu olmasındadır. Bu da gələcəkdə imtahan müddətinin və ya sual həcminin yenidən nəzərdən keçirilməsi zərurətini yaradır”.

Oğuz Ayvaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Mart 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri