Icma.az
close
up
RU
Abituriyentlərə ŞAD XƏBƏR Bu qruplara ballar enəcək

Abituriyentlərə ŞAD XƏBƏR Bu qruplara ballar enəcək

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gün II və III ixtisas qrupları üzrə birinci cəhd blok imtahanının nəticələri açıqlandı. Cavablara əsasən, III qrupda 3 nəfər maksimum bal topladı. Qruplar üzrə ən yüksək ballar isə 688.9 və 690 oldu.

Əvvəlki illərdən fərqli olaraq bu il hələ ki, 700 bal toplayan abituriyent yoxdur. Bəs görəsən, maksimum balın olmaması ümumilikdə keçid ballarının aşağı düşməsinə səbəb ola bilərmi?

İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev Lent.az-a açıqlamasında bildirib ki, hazırkı nəticələr keçid ballarının aşağı düşəcəyindən xəbər verir:

“II və III ixtisas qruplarının blok imtahanında 400 bal toplayan abituriyentlər olsa da, ümumi nəticələr arasından təəssüf ki, 700 bal çıxmadı. Bunun əsas səbəbi buraxılış imtahanı suallarının çətinliyi idi. Dövlət İmtahan Mərkəzi sualların nə qədər çətin olmadığını söyləsə də, reallıq onun əksini göstərir. İmtahan verən abituriyentlərin yalnız 11 nəfəri 300 bal toplamışdı. Normal olaraq 700 balı həmin 11 abituriyentdən gözləyirdik. Əvvəlki son iki ilə 700 bal toplayanların olduğunu görürük. İndiki mənzərə isə heç xoş deyil.

Hazırda II və III qrupların maksimum balları 688-690 aralığındadır. Bu rəqəmlər hər bir abituriyentin balının getdikcə aşağı düşəcəyindən xəbər verir. Yəni 500-400-300 bal toplayanların sayı da əvvəlki illərə görə daha az olacaq. Bundan yola çıxaraq, onu deyə bilərik ki, birinci cəhd blok imtahanı nəticələrinə əsasən, ixtisasların keçid ballarında azalma olacaq. Yalnız ikinci cəhd blok imtahanı asan olarsa, o zaman ballarda dəyişiklik ola bilər. Hələlik proqnozlarımız isə balların aşağı düşməsindən yanadır.

Abituriyentlər ballarının gözlədiklərindən aşağı olduğunu, sınaqlarda daha yüksək nətiə göstərdiklərini qeyd edirlər. İkinci cəhd blok imtahanı bir az asanlaşdırılarsa, keçid ballarında müəyyən tənzimləmə olar. Lakin təcrübələrə əsasən, onu deyə bilərəm ki, DİM hər il blok imtahanlarını aşağı-yuxarı eyni səviyyədə keçirir.

Hazırkı ümumi mənzərə heç də ürəkaçan deyil. Çünki abituriyentin balı gözlədiyindən aşağı olanda istər-istəməz gərginlik keçirir, ruh düşkünlüyü keçirir, evdə-ailədə problemlər yaranır. Bunları nəzərə alaraq DİM nöbəti imtahanda sualları çətin salmamağa diqqət etməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 İyun 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri