Icma.az
close
up
RU
Abituriyentlərin bilməli olduğu iki əsas məqam Təhsil eksperti AÇIQLADI

Abituriyentlərin bilməli olduğu iki əsas məqam Təhsil eksperti AÇIQLADI

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qəbul imtahanları ilə bağlı abituriyentləri ən çox narahat edən məsələlərdən biri 50 bal həddidir. Şagirdlərdə belə bir fikir formalaşıb ki, 50 baldan aşağı nəticə göstərən abituriyentlər avtomatik olaraq müsabiqədən kənarda qalacaqlar.

Bu nə dərəcədə düzdür? Ümumilikdə bu məsələ ilə bağlı abituriyentlərin bilməli olduğu əsas məqamlar hansılardır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Cahid İmanlı bildirdi ki, əvvəllki illərdə qəbulla bağlı məhdudiyyətlər daha çox idi:

"Belə ki, hər fənn üzrə minimum bal məhdudiyyəti, eləcə də buraxılış imtahanında minimal bal həddi var idi. Zaman keçdikcə Dövlət İmtahan Mərkəzi bu məhdudiyyətləri aradan qaldırdı. Hazırda isə ali məktəblərə qəbul qaydalarında tətbiq edilən məhdudiyyətlərdən biri blok imtahanlarında minimal 50 bal həddidir. Bu məhduiyyət yalnız 1-ci qrupun alt qrupu olan Riyaziyyat-informatika (RK) qrupunda 100 bal təşkil edir. Məsələnin problemli, narazılıq yaradan tərəfi də bundan ibarətdir. Belə ki, ali məktəbə qəbul olmaq üçün qruplar üzrə cəmi 150 bal tələb olunduğu halda, blokdan 50 bal məhdudiyyəti mənasız görünür. Əgər bir abituriyent buraxılış imtahanından 150-dən çox, hətta 200+ yazıbsa, biz onun ali məktəbə daxil olmaq hüququnu niyə əlindən almalıyıq? Bu qadağaya görə hər il faktiki olaraq buraxılş balı 150-dən yuxarı olan onlarla abituriyent blokdan 50 + yazmadığına görə ixtisas seçiminə buraxılmırlar".

Ekspert hesab edir ki, Dövlət İmtahan Mərkəzi bu bal məhdudiyyətini də aradan qaldırmalıdır:

"DİM sadə qəbul sistemi formalaşdırmalıdır: heç bir məhdudiyyət olmadan toplanılan balla ali məktəbə qəbul olmaq. Hazırda abituriyentlərə bilməli olduğu əsas 2 məqam var. Birincisi, blokdan minimal 50 bal (RK altqrupu üzrə 100 bal) toplamaq, ikincisi buraxılış balı ilə blokda topladığı balların cəminin 150+ (Rİ altqrupunda 200 + bal) olması. Bu, ixtisas seçiminə buraxılmaq üçün ən minimal tələbdir, əks halda abituriyent ixtisas seçimi prosesinə sistem üzərindən belə daxil ola bilmir. 5-ci qrup ixtisaslarında isə qəbul yalnız buraxılış balına uyğun aparılır. Burada ən minimal hədd isə 40 baldır".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 İyun 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri