Icma.az
close
up
RU
Abituriyentlərin blok imtahanı həyacanı: az bal yığsalar...

Abituriyentlərin blok imtahanı həyacanı: az bal yığsalar...

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2025-ci il fevralın 20-dən martın 5-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2025-ci il aprelin 17-dən 1 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 20 fevral - 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb. Müsabiqədə iştirak ödənişlidir. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı DİM-in göstərdiyi ödənişli xidmətlər haqqında məlumat dim.gov.az-dan əldə edilə bilər.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetinlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin 20 fevral -5 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 22-də keçiriləcək. I ixtisas qrupu üzrə həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər ikinci mərhələnin birinci cəhdində bir, ikinci cəhdində isə digər altqrupu seçə bilərlər. Abituriyentlər istəklərindən asılı olaraq hər iki cəhddə eyni altqrup üzrə də iştirak edə bilərlər.

I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatına dəstək üçün hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Abituriyentlər mayın 1-dək qeydiyyatdan keçmək üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə də müraciət edə bilərlər.

Məsləhət mərkəzləri Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Texniki Universitet, Memarlıq və İnşaat Universitetində, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində, Gəncə şəhəri üzrə Azərbaycan Dövlət Aqrar Universitetində və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.

Təhsil eksperti Ramin Nurəliyev deyir ki, buraxılış imtahanından zəif bal toplayanlar üçün qəbul mübarizəsi bitməyib, ali və orta təhsil almaq üçün bir çox yollar var və bu imkanlardan bütün zəif bal toplayanlar istifadə edə bilər: “Blok imtahanına ciddi şəkildə hazırlaşmaq, kolleclərə müraciət etmək, peşə təhsili müəssisələrinə müraciət etmək, xarici universitetlərə müraciət etmək kimi yollar da var. Bu gün ali və orta ixtisas təhsili almaq qədər asan heç nə yoxdur. Buna görə də övladlarınızı zəif nəticə göstərdiyi üçün təzyiq etməyin. Sonra hər hansı bir bədbəxt hadisənin səbəbkarı olduğumuz üçün üzülməyək. Hər şey övladlarımıza fəda olsun.”

Təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında yeni imtahan modelinə keçəndən sonra tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında maksimal bal – “300 bal” toplayan abituriyentlərin illərə görə say statistikasının təhlilini aparıb: Qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə imtahan fənləri və toplanıla biləcək maksimal ballar:

• Azərbaycan (rus) dili – 100 bal

• Xarici dil – 100 bal

• Riyaziyyat – 100 bal

Bu mərhələ üzrə toplanıla bilən maksimal ümumi bal: 300 bal

Aşağıdakı cədvəl 2019–2025-ci illər arasında buraxılış imtahanında (yəni qəbul imtahanının birinci mərhələsində) maksimum 300 bal toplayan abituriyentlərin illik dinamikasını göstərir. Statistik məlumatlara əsaslanaraq aşağıdakı nəticələr çıxır:

1. 2019–2022 dövrü – Sabit və aşağı göstəricilər:

Bu illər arasında maksimum bal toplayanların sayı cəmi 13 nəfər olub. Hər il orta hesabla 2-5 nəfər 300 bal toplamağa nail olub. Bu dövr əsasən pandemiya və dəyişən test mexanizmləri ilə xarakterizə olunur.

2. 2023-cü il – Sıfır nəticə:

Bu il ən diqqətçəkən məqamdır. Heç bir abituriyent 300 bal toplamayıb. Bu fakt ya sualların çətinliyinin, ya da qiymətləndirmənin sərtləşməsinin göstəricisidir. Eyni zamanda bu nəticə sistemdə böhran və ya zəif hazırlıq imkanlarının işarəsi ola bilər.

3. 2024 və 2025-ci illərdə kəskin artım:

Bu iki ildə birlikdə 98 nəfər 300 bal toplayıb (2024-cü ildə 55 nəfər, 2025-ci ildə 43 nəfər). Bu, əvvəlki illərlə müqayisədə radikal artımdır və aşağıdakı səbəblərdən qaynaqlana bilər:

• Testlərin daha sadələşdirilməsi və ya süni bal artımı

• Tədris proqramına uyğunluğun yüksəlməsi

• İmtahanların qiymətləndirmə meyarlarında yumşalma

• Repetitorluğun DİM imtahanlarını ram etməsi və yaxud test strategiyalarının daha effektiv mənimsənilməsi

Bu qədər kəskin artım imtahanların məzmunu və obyektivliyi ilə bağlı suallar doğura bilər. Əgər 2023-cü ildə sıfır, 2024-cü ildə isə 55 nəfər maksimum bal toplayırsa bu, qiymətləndirmə və test çərçivəsində süni təsirin bariz nəticəsidir.

Tövsiyələr:

• Qiymətləndirmə qurumu bu dəyişikliklərin səbəbini ictimaiyyətə izah etməlidir.

• Bu kəskin fərq imtahanların keyfiyyəti və nəticələrin etibarlılığı ilə bağlı etimadı zədələyə bilər.

• Statistik dinamika davamlı monitorinq tələb edir və xüsusilə 2026-cı ildə göstəricilər sabit qalacaqmı, yoxsa dəyişəcək – bu suallar cavab gözləyir.”

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri