Icma.az
close
up
RU
Abituriyentlərin diqqətinə: İmtahanda böyük rəqabət olacaq

Abituriyentlərin diqqətinə: İmtahanda böyük rəqabət olacaq

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat 1 may saat 23:59-da başa çatır. 

Qeyd edək ki, 30 aprel saat 09:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 28872, II ixtisas qrupu üzrə 23672, III ixtisas qrupu üzrə 26102, IV ixtisas qrupu üzrə isə 6198 abituriyent ərizəsini təsdiq edib. 

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək. Beləliklə, sənəd qəbulunu başa çatmasına bir gün qalır. 

Mütəxəssislər hesab edirlər ki, bu il sənəd qəbulunda artım müşahidə olunur. İxtisas seçimində rəqabət necə olacaq və toplanan ballarda dəyişiklik olacaqmı?

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, ötən illərlə müqayisədə bu il ali məktəblərə sənəd verənlərin sayında kəskin artım müşahidə olunur: 

“Təbii ki, bu, sadəcə sənəd verənlərin sayıdır. Ancaq real qiymətləndirmə, blok və buraxılış imtahanlarının nəticəsi toplananda bilinəcək ki, statistika jurnalına uyğun olaraq hansı bal aralığında nə qədər toplayanlar var. Ancaq ilkin fikirlər formalaşdırmaq olar. Bu baxımdan, böyük rəqabət gözlənilir. Prestijli ixtisaslarda artım gözlənilir. Bu, bir ehtimaldır”. 

Həmçinin nəzərə alaq ki, plan yerlərində də artım var: 

“Ötən il plan yerlərinin sayı 6500 idisə, bu il 7500-ə çatdırılıb. Eləcə də 9 yeni ixtisas var. Bəzi ixtisaslar digər universitetlərdə də açılacaq. Bunlar müəyyən qədər kəskin artımın qarşısını ala biləcək. Ancaq nəticə etibarilə yenə də prestijli ixtisaslarda rəqabət görəcəyik”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Abituriyentlər imtahan rəqabət Rizvan Fikrətoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Aprel 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri