Abonentlərə təmizlənməmiş qaz verilir? “Azəriqaz” ın şöbə rəisindən iddialara CAVAB
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qaz mədəndən qatqılarla birlikdə çıxır. Bu səbəbdən Qaradağda qaz emalı zavodu var.
Qaz oraya göndərilməli, təmizlənməli və sonra əhaliyə ötürülməlidir.
Təəssüf ki, zavod 1950-ci illərdə tikilib və maksimum sutkalıq gücü 7–8 milyon kubmetr tənzimlənmədir. Halbuki, bugünkü Azərbaycan əhalisi soyuq havalarda 30 milyon kubmetrdən çox qaz istifadə edir. Deməli, qazın bir hissəsi təmizlənməmiş halda əhaliyə ötürülür.
Bunu qeyri-ekspertlər də görə bilərlər. Hətta evdar qadınlar da müşahidə edirlər ki, qaz yananda içindən sarı məşəllər çıxır. Bu, düzgün deyil, qaz təmiz göy və yaşıl alovla yanmalıdır. Sarı alov isə zəhərlənməyə səbəb olur”.
Bunu “Cebheinfo.az”-a açıqlamasında kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov deyib. O bildirib ki, dəm qazını yandıran zaman çıxan sarı rəngli alovlar da buna sübutdur.
Məsələylə bağlı “Azəriqaz”-ın Sağlamlıq, Əməyin təhlükəsizliyi, Ətraf mühitin mühafizəsi və Keyfiyyətə nəzarət (SƏTƏM) şöbəsinin rəisi İlkin Behbudov “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirib ki, qazın tərkibinin çirkli olması və ya təmizlənməməsi ilə bağlı iddialar tamamilə yanlışdır:
“Dəm qazı təbii qazın natamam yanması zamanı əmələ gəlir. Təbii qazın istehlakı zamanı texniki normativ tələblərə əməl olunmadıqda natamam yanma prosesi baş verir:
“Azəriqaz” İstehsalat Birliyi üzrə mövcud olan qaz kəmərlərində ayrı-ayrı nöqtələrdən qrafikə uyğun şəkildə mütəmadi olaraq analizlər götürülür. Bu analizlər müstəqil laboratoriyalar tərəfindən yoxlanılaraq sertifikatlaşdırılır və qazın texniki normativ tələblərə uyğunluğunu təsdiq edən sertifikatlar təqdim edilir.
Həmçinin qazın tərkibi ilə əlaqədar olaraq dəm qazının yaranması səbəbləri barədə deyilənlər tamamilə yanlışdır. Hər hansı bir həyət evində və ya mənzildə baş verən dəm qazı sızması və bunun nəticəsində yaranan zəhərlənmə halları qonşu evlərdə də müşahidə olunmalı idi.
Lakin həm statistikaya, həm də baş vermiş hadisələrin araşdırılmasına baxdıqda görürük ki, eyni xətt və borudan istifadə edən mənzillərdən yalnız birində dəm qazının fəsadları qeydə alınır, digərlərində isə belə hallar baş vermir”.
O qeyd edib ki, dəm qazından zəhərlənmə halları insan ehtiyatsızlığından yaranır.
Sevinc
“Cebheinfo.az”
Açar sözlər: qaz Nüsrət Qasımov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Yanvar 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















