Icma.az
close
up
RU
Abort hallarının artmasına SƏBƏBLƏRİ

Abort hallarının artmasına SƏBƏBLƏRİ

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ötən il 78 mindən artıq qadın aborta məruz qalıb. Statistikaya əsasən, abort etdirən qadınların yarısının gənc (15-29 yaş) olduğu məlum olub.

Həmçinin onlardan 2700-dən çoxunun yaşı 20-dən az olub. Əlavə olaraq, 15-17 yaşında olan 72 qadın, 18-19 yaşında olan 2679 qadın abort etdirib.

Mövcud statistikalar göstərir ki, hər ötən il abortla bağlı göstəricilərdə artım müşahidə olunur.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin təsisçisi və sədri Mehriban Zeynalova Modern.az-a abortların artmasının səbəbini bir neçə mühüm sosial və psixoloji səbəblərlə əlaqələndirib.

Onun sözlərinə görə, bəzi hallarda bu, münasibətlərdə qarşılıqlı anlaşmazlıqdan və ya sosial-iqtisadi çətinliklərdən qaynaqlanır:

“Gənclər bəzən düşünürlər ki, uşaq bu mərhələdə onların həyatına travma gətirə bilər. Bu qərarı sağlam düşüncə ilə qəbul edənlər, daha çox uşağın gələcəyini və onun üçün yaradılacaq şəraiti nəzərə alırlar.

Cəmiyyətdə aborta qarşı mənfi münasibət olsa da, bəzi hallarda bu addım gələcəkdə yaşana biləcək konfliktlərin qarşısını almaq üçün atılır. Digər hallarda isə qeyri-rəsmi münasibətlərdə hamiləlik baş verir, lakin qarşı tərəf məsuliyyəti üzərinə götürmək istəmir, atalıq haqqını tanımır. Bu kimi vəziyyətlərdə də abort qərarı verilə bilir”.

Həmsöhbətimiz həmçinin vurğulayıb ki, ən düzgün yanaşmanın gənclərin münasibətə başlamazdan əvvəl tələsməməsi, bir-birlərini daha yaxından tanımaları, qarşı tərəfin valideynlik məsuliyyətini dərk edib-etmədiyinə diqqət etmələridir:

“Sevgi mərhələsində bəzi siqnalları görmək çətin olsa da, zamanla şəxsin əsl xarakteri, düşüncə tərzi, məsələn, patriarxal yanaşması üzə çıxa bilər. Bu da münasibətlərdə gərginliklərə səbəb ola bilər.

Evlilikdən öncə gənclər bir-birlərini daha dərindən tanımalı və yalnız bundan sonra ailə qurmaq qərarı verməlidirlər. Uşaq dünyaya gətirməzdən əvvəl isə valideynlik məsuliyyəti haqqında maarifləndirici təlimlərdən keçmək faydalı olardı. Bundan əlavə, münasibətlərdə qarşılıqlı anlayışın olub-olmaması, gələcəkdə uşağa necə qayğı göstəriləcəyi, uşağın hüquqi statusu və sosial təminatı kimi məsələlər də öncədən nəzərdən keçirilməlidir”.

M.Zeynalova eyni zamanda bildirib ki, sosial-iqtisadi amillər də bu qərarlara təsir göstərir:

“Bəzən gənc ailələr bir uşaqdan sonra ikinci uşağı dünyaya gətirməkdən çəkinirlər, çünki uşağın saxlanılması və ehtiyaclarının qarşılanması ciddi məsuliyyət və maliyyə tələb edir.

Ən yaxşı halda uşaq üçün münbit və sabit bir mühit yaradıldıqdan sonra valideyn olmaq daha doğrudur. Çünki hamiləlik özü də qadının sağlamlığına müəyyən təsirlər göstərir”.

Müsahibimiz onu da əlavə edib ki, hər abort qadın orqanizmində fəsadlar yarada bilər:

“Bu səbəbdən də gənclər müasir dövrün təklif etdiyi tibbi vasitələrdən, dərman preparatlarından və planlaşdırılmış hamiləlik imkanlarından istifadə etməlidirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Avqust 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri