Icma.az
close
up
RU
Abraham Şmuleviç: “Heç kim bilmir ki, növbəti hədəf kim olacaq”

Abraham Şmuleviç: “Heç kim bilmir ki, növbəti hədəf kim olacaq”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İranın rəsmi açıqlamalarının ciddi qəbul edilməməlidir. İranın ABŞ-nin və ya onun müttəfiqlərinin, məsələn, BƏƏ və Səudiyyə Ərəbistanının bazalarına hücum etmək üçün real hərbi gücü yoxdur. Əgər bu cür hücum olarsa, ABŞ münaqişəyə müdaxilə edəcək. Amma hələlik İsrail ABŞ-siz belə İranı sarsıdır. Ona görə Tehran rəsmilərinin açıqlamaları sadəcə boş və mənasız hədələrdir”.

“Bunu “Cebheinfo.az”-a açıqlamasında israilli politoloq, Yaxın Şərq üzrə ekspert Abraham Şmuleviç bildirib.  O qeyd edib ki, bu hədələr qismən Azərbaycana da yönəlib, lakin rəsmi Bakı artıq Tehrana aydın mesaj verib:

“Rəsmi Bakı bildirib ki, Azərbaycanın ərazisindən İsrailin İrana qarşı əməliyyatları üçün istifadə olunmur və buna ehtiyac da yoxdur”. 

Şmuleviç onu da bildirib ki, İran daxilində rejimə qarşı narazılıq artır:

“İran cəmiyyətində İsrailə simpatiya ilə yanaşan çoxluq var. Tehranın apardığı kurs təkcə regiona deyil, öz xalqına qarşı da düşmənçiliyə çevrilib. İsrailin əsas hədəfi rejim dəyişikliyidir. Əgər bu baş verərsə, region üçün yeni imkanlar açılar”. 

Ekspertin sözlərinə görə, İsrailin son əməliyyatı təkcə hərbi deyil, həm də psixoloji baxımdan İran rəhbərliyinə ciddi zərbə vurub:

"”Mossad” və İsrail Hərbi Hava Qüvvələrinin apardığı son əməliyyat dünya hərb tarixində nadir hadisədir. İsrail İranın hava hücumundan müdafiə sistemlərini neytrallaşdırdı, 20-dən çox general öldürüldü. Nüvə proqramının aparıcı alimləri fiziki olaraq məhv edildi. Bu, Tehran rejimində qorxu və panika yaradıb. Heç kim bilmir ki, növbəti hədəf kim olacaq”. 

Şmuleviç iddia edir ki, İran rəhbəri İbrahim Rəisinin ölümü və son hücumlar fonunda ölkə rəhbərliyində parçalanma ola bilər:

“Rejimin daxilində də bu gedişata qarşı çıxanlar var. Bu yaxınlarda İran mediası rəhbər şəxslərin xalqa müraciət yayacağını bildirmişdi, amma heç bir video yayılmadı, yalnız bir şəkil yayıldı. Bu da onu göstərir ki, rejim içində daxili gərginlik və qorxu artmaqdadır. İsrailin mesajı aydındır: heç kim toxunulmaz deyil”. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyun 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see261

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see251

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see227

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see174

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see163

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see154

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see154

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see151

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see150

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see144

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see143

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see143

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see142

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see138

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see137

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see136

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see135

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see134

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri