ABŞ 1 sentlik qəpik istehsalını dayandırdı
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-da təxminən 230 ildən çoxdur dövriyyədə olan 1 sentlik sikkənin (penninin) istehsalı rəsmi olaraq başa çatıb.
Banco.az xəbər verir ki, son qəpik Filadelfiyadakı ABŞ Sikkəxanasında zərb edilib.
Tramp administrasiyasının qərarına əsasən, qəpiklərin istehsalı yalnız kolleksiya məqsədilə məhdud sayda davam etdiriləcək.
ABŞ Xəzinədarlığı bildirib ki, qərar nəticəsində vergi ödəyiciləri hər il təxminən 56 milyon dollar qənaət edəcək.
Prezident Donald Tramp daha əvvəl bildirmişdi ki, bir qəpik istehsal etmək 2 sentdən çox başa gəlir və bu səbəbdən istehsalın dayandırılmasına göstəriş verib.
Qəpiklər dövriyyədə qalacaq və hələ də qanuni ödəniş vasitəsi sayılır. ABŞ Bankirlər Assosiasiyasına görə, hazırda dövriyyədə təxminən 250 milyard penni var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 13 Noyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















