“ABŞ 20 gün sonra danışıqlar üçün yalvarırdı” Əraqçi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İran ABŞ ilə müharibədə qələbə qazandı”.
“Qafqazinfo” “Iska News”a istinadən xəbər verir ki, bu iddianı İranın xarici işlər naziri Abbas Əraqçi səsləndirib.
“Bu, xalqın fədakarlığının və müqavimətinin nəticəsi oldu. Müharibənin ilk günü İranın qeyd-şərtsiz təslim olmasını tələb edən düşmən təxminən 20 gün sonra danışıqlar üçün yalvarırdı”, - o deyib.
XİN rəhbəri İran Silahlı Qüvvələrinin dünyanın ən böyük ordusunu məğlub etdiyini bəyan edib:
“Bu heç də şüar deyil, bütün dünyanın etiraf etməli olduğu reallıqdır. İran dünyaya güclü və məğlubedilməz dövlət olduğunu sübut etdi. Heç kim düşünmürdü ki, İran İsrailin və bir çox başqa ölkələrin dəstəklədiyi ABŞ-yə bu cür müqavimət göstərə biləcək və nəticədə onları danışıqlar tələb etməyə məcbur edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 12 Avqust 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















