Icma.az
close
up
RU
ABŞ 24 48 saata müharibəyə qoşulacaq: İran üçün “kritik cümə günü” yaxınlaşır

ABŞ 24 48 saata müharibəyə qoşulacaq: İran üçün “kritik cümə günü” yaxınlaşır

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Yaxın Şərqdə müharibə ritorikası daha da kəskinləşib. Times of Israel nəşrinin məlumatına görə, Təl-Əviv ABŞ administrasiyasının yaxın 24-48 saat ərzində İrana birbaşa zərbələrə qoşulması ilə bağlı qərar verəcəyini gözləyir. İddialara əsasən, bu qərarın cümə günü (20 iyun) verilməsi ehtimalı yüksəkdir.

Musavat.com-un diplomatik mənbələrdən əldə etdiyi məlumatlar isə daha konkret təfərrüatlar ortaya qoyur. ABŞ-ın planlaşdırdığı hava əməliyyatının əsas hədəfi İranın nüvə obyektləri olacaq. Xüsusilə Fordo uranın zənginləşdirilməsi kompleksi ön plandadır – çünki İsrailin bu obyektə müstəqil şəkildə zərbə endirmə imkanı yoxdur. ABŞ isə bu hərbi əməliyyatı texniki baxımdan reallaşdıra biləcək yeganə dövlətdir.

Ağ Evdən sızan məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp yaxın iki həftə ərzində İrana qarşı mümkün hərbi əməliyyat barədə rəsmi qərar verə bilər. Lakin Musavat.com-un əldə etdiyi məlumatlara görə, “qərar artıq verilib” və cümə günü (Bakıda artıq saatlar Şənbəni göstərəndə) ABŞ-ın bombardmanlara qoşulması ehtimalı istisna edilmir.

Hücumun məhz cümə gününün axşamına planlaşdırılması da təsadüfi deyil. Burjalar bağlanır, qlobal dalğalanmalar, ya da eniş - çıxışlar üçün iki gün zaman qazanılır.

İran rəhbərliyinə qarşı hədəflər: Əli Xamenei də risk altında?

ABŞ-İsrail cütlüyünün mümkün zərbələri təkcə nüvə obyektləri ilə məhdudlaşmaya bilər. Musavat.com-a danışan yüksək rütbəli təhlükəsizlik mənbələri “İranın siyasi-hərbi rəhbərliyinin fiziki hədəfə çevrilməsi” ssenarisinin də gündəmdə olduğunu istisna etmir. Bu, İranın ali dini lideri Əli Xameneiyə və ya İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə qarşı mümkün əməliyyat riskini artırır. 

Tehran isə bu ssenarilərə tam hazır olduqlarını bildirir. İranın Ali Milli Təhlükəsizlik Şurası ötən gün açıqlama yayaraq bəyan edib ki, “düşmən cəzalandırılana və təzminat ödənilənə qədər cavab tədbirləri davam edəcək”. Bu isə o deməkdir ki, Tehran mümkün ABŞ zərbələrinə cavabsız qalmayacaq və bölgədə gərginlik nəzarətdən çıxmaq üzrədir.

Növbəti 72 saat: Müharibə və ya önləmə?

Ortada açıq və təhlükəli bir reallıq var: əgər ABŞ yaxın 72 saat ərzində hücuma keçərsə, bu, artıq regional qarşıdurmadan çıxaraq qlobal böhrana çevriləcək. İranın cavab addımı təkcə İsraili deyil, ABŞ-ın regiondakı hərbi bazalarını, eləcə də Körfəz ölkələrini hədəfə ala bilər.

Bütün bu ehtimallar fonunda 20 iyun cümə gününün axşam saatları təkcə İran üçün yox, bütün dünya üçün kritik dönüm nöqtəsi ola bilər. Vəziyyəti yaxın saatlarda dünya liderlərinin verdiyi açıqlamalar və regional hərbi aktivlik daha da aydınlaşdıracaq.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 İyun 2025 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri