ABŞ 5 gün sonra İranla müharibəni bərpa edə bilər AP
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı hərbi əməliyyatları bərpa edə və bir neçə gün ərzində İslam Respublikasına zərbələr endirə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ Yaxın Şərqdəki müttəfiqlərini belə bir ehtimal və mümkün vaxt çərçivəsi barədə məlumatlandırıb.
“Lakin region rəsmiləri ABŞ-nin hücumu halında İranın cavab zərbələri endirəcəyini gözləyirlər. Bu səbəbdən hərbi əməliyyatlar daha uzun müddət davam edə bilər.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp hələlik hərbi əməliyyatların bərpa olunması ilə bağlı yekun qərar verməyib”, - nəşr yazır.
Qeyd edək ki, bundan əvvəl “The Wall Street Journal” qəzeti də mənbələrə istinadən oxşar məlumat yayıb. Məlumata görə, Vaşinqton bir neçə Fars körfəzi ölkəsini Konqresə aralıq seçkilərindən sonra İrana qarşı “qısamüddətli və intensiv hərbi kampaniya” başlada biləcəyi barədə xəbərdar edib.
Bu mövzuda digər xəbərlər:Tramp ABŞ İranla müharibəni bərpa edə bilər
05 İyun 2026 01:06
Tramp: ABŞ İranla müharibəni bitirə bilər
21 Oktyabr 2026 00:40
İranla müharibəni sabah bərpa edə bilərik İsrail
29 İyun 2026 21:51
ABŞ İranla müharibəni necə görür?
26 Yanvar 2026 20:32
“ABŞ İranla müharibəni dayandırmağa razılaşdı” − Tramp
12 İyun 2026 01:03
Baxış sayı:127
Bu xəbər 29 Oktyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















