ABŞ 50 ölkə vətəndaşına viza üçün girov şərti qoyub
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Dövlət Departamenti 50 ölkə vətəndaşına 20 min dollara qədər girov müqabilində giriş vizalarının verilməsini nəzərdə tutan qaydaları daimi əsasda tətbiq etmək qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin Federal Reyestrində dərc olunan bildirişdə qeyd olunub.
Siyahıya Əlcəzair, Anqola, Antiqua və Barbuda, Banqladeş, Benin, Botsvana, Burundi, Butan, Vanuatu, Venesuela, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qrenada, Gürcüstan, Cibuti, Dominika, Zambiya, Zimbabve, Kabo-Verde, Kamboca, Qırğızıstan, Kot-d’İvuar, Kuba, Lesoto, Mavriki, Mavritaniya, Malavi, Mozambik, Monqolustan, Namibiya, Nepal, Nigeriya, Nikaraqua, Papua-Yeni Qvineya, San-Tome və Prinsipi, Seyşel adaları, Seneqal, Tacikistan, Tanzaniya, Toqo, Tonqa, Tuvalu, Tunis, Türkmənistan, Uqanda, Fici, MAR və Efiopiya daxil edilib.
Sənəddə qeyd edildiyi kimi, proqrama dəyişikliklər edilib. Əgər son bir il ərzində konkret hallardan asılı olaraq girovun məbləği 5 min, 10 min və ya 15 min dollar təşkil edirdisə, indi maksimal məbləğ 20 min dollara qədər artırılıb, 5 min dollarlıq girov variantı isə ləğv edilib.
Dövlət Departamentinin məlumatına görə, əcnəbi vətəndaş ABŞ-ni vaxtında tərk etdikdən sonra girov tam həcmdə qaytarılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 01 Avqust 2026 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















