ABŞ Ali Məhkəməsindən transgender idmançılarla bağlı mühüm qərar
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
ABŞ Ali Məhkəməsi ştatların transgender idmançıların qadın və qarışıq idman komandalarında iştirakını məhdudlaşdıran qanunlar qəbul etmək hüququnu dəstəkləyib.
Moderator.az xəbər verir ki, bu barədə "CBS News" telekanalının məlumatında deyilir.
Məhkəmə Qərbi Virciniya və Aydaho ştatlarında məktəb idman yarışlarında transgender gənclərin iştirakını məhdudlaşdıran qanunları qüvvədə saxlayıb.
Ali Məhkəmənin hakimi Brett Kavano qərarla bağlı rəyində bildirib ki, məktəblər qadın komandalarına idmançıları gender kimliyinə deyil, bioloji cins meyarına əsasən müəyyən edə bilərlər.
Bu qərar hazırda ABŞ-nin 27 ştatında qüvvədə olan analoji qanunların hüquqi qüvvəsini qoruyur.
Qeyd olunur ki, sözügedən məhdudiyyətlər son illərdə idman yarışlarında ədalətlilik prinsipi ilə bağlı geniş müzakirələr fonunda qəbul edilib.
Xatırladaq ki, ötən il ABŞ Prezidenti Donald Tramp federal təhsil proqramlarının transgender qızların qadın idman komandalarında iştirakına icazə verməsini qadağan edən fərman imzalayıb.
Baxış sayı:184
Bu xəbər 30 İyun 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















