ABŞ Almaniyadakı hərbçilərinin sayını azalda bilər
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 30 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İranla müharibə fonunda Almaniya Kansleri Fridrix Merts ilə gərginliyin artdığı bir vaxtda, administrasiyasının Almaniyadakı Birləşmiş Ştatların hərbçilərinin sayının azaldılması imkanlarını nəzərdən keçirdiyini bildirib.
AZƏRTAC "Əl Cəzirə"yə istinadən xəbər verir ki, ABŞ lideri qısa zaman ərzində müvafiq qərar veriləcəyini vurğulayıb.
Tramp Almaniyanı və digər NATO müttəfiqlərini ABŞ-İsrailin İrana qarşı olan müharibəsində kifayət qədər dəstək vermədiklərinə, o cümlədən Hörmüz boğazının yenidən açılmasına kömək üçün öz hərbi dəniz donanmalarını göndərmədiklərinə görə dəfələrlə tənqid edib.
Qeyd edək ki, ABŞ əsgərlərinin yerləşdiyi ən böyük xarici baza məhz Almaniyadadır. Bu ölkədə hazırda 33 min 900 ABŞ hərbçi var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 30 Aprel 2026 07:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















