Icma.az
close
up
RU
ABŞ Argentinada hərbi baza quracaq

ABŞ Argentinada hərbi baza quracaq

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

ABŞ Argentinada hərbi baza qura bilər. Belə ki, Argentina hökuməti maliyyə yardımı müqabilində ölkənin cənubundakı bazada ABŞ hərbçilərinin yerləşməsinə icazə verməyə hazırdır. Argentinanın “TN” telekanalının məlumatına görə, Argentina hakimiyyəti ölkənin cənubunda yerləşən Uşuaya şəhərində inşa edilən bazanın Amerika hərbçiləri tərəfindən istifadəsini müzakirə edir. Bu səbəbdən ölkə prezidenti Xavyer Mileylə birlikdə Nyu-Yorka gedən Argentina nümayəndə heyətinə müdafiə naziri Luis Petri də daxil edilib. Telekanal bildirib ki, Amerika tərəfi Pekinin Cənubi Amerika ölkəsindəki təsirini azaltmaq üçün Buenos-Ayresdən Çinlə valyuta mübadiləsindən imtina etməsini istəyir. Qeyd edək ki, çərşənbə axşamı günü Miley Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşüb.

Beunos Airesin ABŞ-ın strateji və maliyyə dəstəyinə ehtiyacı yaranıb

Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Argentina hökumətinin ABŞ-a öz ərazisində hərbi baza qurmaq təklifi sıradan bir addım deyil. Onun sözlərinə görə, bu, ilk növbədə Buenos Airesin maliyyə böhranından çıxış üçün Vaşinqtonun dəstəyinə ehtiyacının artması ilə bağlıdır. “ABŞ hərbi bazası demək, birbaşa təhlükəsizlik zəmanəti və siyasi himayə deməkdir. Argentina iqtisadiyyatı uzun müddətdir ki, dollar asılılığında çətinlik çəkir və beynəlxalq kreditlərə çıxış üçün ABŞ dəstəyini vacib görür. Belə bir baza qarşılığında ABŞ-dan ciddi maliyyə yardım paketlərinin gündəmə gəlməsi mümkündür. Buraya Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı vasitəsilə kreditlər də daxildir. Hərbi dəstək baxımından isə ABŞ Argentinaya texniki avadanlıq, modern silah sistemləri və kəşfiyyat imkanları təqdim edə bilər,” - deyə T.İsmayılov vurğulayıb ki, Argentinanın ABŞ-ın strateji dəstəyinə ehtiyacı var; “Bununla yanaşı, ABŞ Latın Amerikasında strateji mövqeyini gücləndirmək üçün yeni dayaq nöqtəsi qazanmış olacaq. Argentina bu addımla həm də regionda Braziliya və Meksika kimi aparıcı oyunçular qarşısında öz çəkisini artırmaq istəyir”.

ABŞ-ın Latın Amerikası strategiyasında Çin amili

Ekspert hesab edir ki, ABŞ-ın Latın Amerikası strategiyasında əsas motivi Çindir. “Son illərdə Çin Latın Amerikasında iqtisadi sərmayələr, infrastruktur layihələri və kredit siyasəti ilə nüfuzunu artırıb. Xüsusilə enerji və mədən sektorunda Çin kapitalı böyük paya sahibdir. ABŞ isə bunu öz təsir dairəsinə birbaşa təhlükə hesab edir. Argentina ilə hərbi baza razılaşması Çinin bölgədə iqtisadi ekspansiyasına qarşı siyasi balans yaratmaq məqsədi daşıyır. Vaşinqton Pekinin hegemon mövqeyinin yaranmasına imkan vermək istəmir. Bu, Latın Amerikada yeni soyuq müharibə elementlərinin formalaşmasına səbəb ola bilər,” - deyə T.İsmayılov vurğulayıb. Ekspert əlavə edib ki, Argentina ABŞ ilə münasibətləri möhkəmləndirməkdə bir sıra məqsədlər güdür. “Argentina üçün isə ABŞ-a yaxınlaşmaq həm maliyyə nəfəsi, həm də siyasi təhlükəsizlik qarantiyası deməkdir. Beləliklə, bu təşəbbüs həm ikitərəfli maraqlara, həm də qlobal güclər arasında geosiyasi rəqabətə xidmət edir. Nəticədə Argentina-ABŞ hərbi əməkdaşlığı bölgədə yeni güc balansı yarada bilər”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Sentyabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri