ABŞ Argentinaya 900 milyon dollar ayırdı
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ hökuməti Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Argentinaya maliyyə dəstəyi göstərib. AzPost xəbər verir ki, Financial Times nəşrinin məlumatına görə, Vaşinqton öz BVF ehtiyatlarından təxminən 900 milyon dollar məbləğində vəsaiti Buenos-Ayresin borc öhdəliklərinin yerinə yetirilməsinə yönəldib.
Mənbələrin bildirdiyinə görə, bu vəsait Argentinanın 1 noyabr tarixinə qədər ödəməli olduğu 840 milyon dollarlıq borcun qaytarılmasını təmin edib. ABŞ-ın bu addımı ölkənin BVF qarşısında defolt vəziyyətinə düşməsinin qarşısını alıb.
Oktyabr ayında ABŞ və Argentina Mərkəzi Bankı arasında 20 milyard dollarlıq valyuta svopu sazişi də əldə olunub. Bu razılaşma Argentina pesosunun sabitliyini qorumaq və ölkənin xarici valyuta bazarına təzyiqi azaltmaq məqsədi daşıyır.
Analitiklərin fikrincə, Vaşinqtonun bu addımı prezident Xavier Mileynin hökumətinə iqtisadi sabitlik qazandırmaq və inflyasiyanın qarşısını almaq istiqamətində mühüm dəstəkdir.
Məqalədə vurğulanır ki, ABŞ-ın bu cür addımları həm regional maliyyə sabitliyinin qorunması, həm də Latın Amerikasında siyasi təsirini gücləndirmək məqsədi daşıyır.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 13 Noyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















