ABŞ artıq İrana hücumlar üçün Britaniya bazalarından istifadə edə biləcək
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Böyük Britaniya ABŞ-a İrandakı hədəflərə zərbələr endirmək üçün öz hava bazalarından istifadə etməyə icazə verib.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Kir Starmerin sözçüsü Yaxın Şərqdəki vəziyyətlə bağlı hökumət iclasından sonra bildirib.
Onun sözlərinə görə, nazirlər ABŞ-nin müdafiə xarakterli əməliyyatlar üçün bazalardan istifadə etməsinə razılıq veriblər. Belə ki, bu əməliyyatlar Hörmüz boğazında gəmilərə hücumlarda istifadə olunan obyektləri hədəf alacaq.
Bildirilib ki, martın əvvəlində London Vaşinqtonun krallığın maraqlarına və vətəndaşlarının təhlükəsizliyinə təhdid yarada biləcək İran raket anbarlarına zərbələr endirmək üçün Britaniya bazalarından istifadə etmək tələbini təsdiqləyib.
Buna baxmayaraq, Böyük Britaniya zərbələrdə birbaşa iştirak etməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 20 Mart 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















