ABŞ Avropa İttifaqına güzəşt etmədi Rüsumlar avqustun 1 dən qüvvəyə minir KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın ticarət naziri Govard Lütniq Avropa İttifaqına (Aİ) ixrac edilən mallara tətbiq olunacaq artırılmış idxal rüsumları ilə bağlı mövqelərini açıqlayıb.
KONKRET.az xəbər verir ki, nazirin sözlərinə görə, ABŞ bu məsələ ilə bağlı Aİ-yə artıq yeni bir möhlət verməyəcək:
“Yeni idxal tarifləri 1 avqustdan qüvvəyə minəcək və bu qərar dəyişməzdir”, – deyə Lütniq bildirib.
Qeyd edək ki, bu qərar əsasən avtomobil sənayesi və yüksək texnologiyalı avadanlıqlar sahəsində Aİ-dən idxal edilən malları əhatə edir. ABŞ tərəfi bu rüsumların yerli istehsalçını qorumaq və ticarət balansını bərabərləşdirmək məqsədi daşıdığını bəyan edib.
Natiq Səlim,
KONKRET.az

Bu gündən Avropa İttifaqına yeni giriş qaydaları qüvvəyə minir
12 Oktyabr 2025 11:21
ABŞ Avropa İttifaqına qeyri mümkün tələb irəli sürdü KONKRET
18 Sentyabr 2025 15:46
Avropa ABŞ a cavab verir Rüsumlar bu tarixdən qüvvəyə minəcək
08 Aprel 2025 08:01
Yeni rüsumlar açıqlandı KONKRET
03 Aprel 2025 09:14

