ABŞ: Avropa Ukraynanın təhlükəsizliyində ən böyük payı öz üzərinə götürməlidir
Icma.az, Reyting.az saytına istinadən bildirir.
ABŞ-nın vitse-prezidenti J.D.Vans Rusiya-Ukrayna müharibəsindən sonra Kiyevin “təhlükəsizliyinin təmin edilməsi” ilə bağlı açıqlama verib.
Reyting.az-ın məlumatına görə, J.D.Vans deyib ki, əgər müharibənin dayandırılması ilə bağlı razılıq əldə edilərsə, Avropa ölkələri Ukraynanın təhlükəsizlik təminatında “ən böyük payı” öz üzərinə götürməli olacaq.
O, Avropanın Ukraynaya yaxınlığına və bunun nəticəsində yaranan təhlükəsizlik maraqlarına görə əsas məsuliyyət daşıdığını vurğulayıb.
“Bu, onların qitəsidir, bu, onların təhlükəsizliyidir və Prezident (Donald Tramp-red.) bu mövzuda hərəkətə keçməli olduqlarını çox açıq şəkildə ifadə etdi”,- deyə vitse- prezident bildirib.
ABŞ rəsmisi ölkəsinin müharibəni və ölümləri dayandırmağa köməklik göstərəcəyini və bu işdə Avropanın “aparıcı rol” almasını gözlədiklərini də sözlərinə əlavə edib.
J.D.Vans deyib ki, ABŞ təhlükəsizlik məsələsi ilə bağlı müzakirələrə açıqdır, lakin ilk növbədə müharibənin necə dayandırılacağını bilmədən heç bir öhdəlik götürməyəcək.
Y. QACAR

Ukraynanın əsas yükünü Avropa götürməlidir Vens
21 Avqust 2025 14:28
Aİ Ukraynanın təhlükəsizliyini üzərinə götürür
27 Fevral 2025 09:52
Vens: Avropa Ukraynanın təhlükəsizliyində aparıcı rol oynamalıdır
21 Avqust 2025 11:26
Tramp müharibənin məsuliyyətini Ukraynanın üzərinə atır..?
22 Fevral 2025 09:06
Qərb öz cinayətlərinin günahını Ukraynanın üzərinə atmaq üçün zəmin hazırlayır” ZAXAROVA
04 Dekabr 2024 16:47

