ABŞ Avropanı Rusiyaya qarşı daha aqressiv mövqe tutmağa çağırır
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 18 noyabr, AZƏRTAC
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Mettyu Uitaker Avropa ölkələrini Rusiyaya qarşı daha aqressiv mövqe tutmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” nəşri diplomatın özünə istinadla məlumat yayıb. Uitakerin sözlərinə görə, Birləşmiş Ştatların avropalı müttəfiqləri Ukraynanın hərbi xərclərini ödəmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək planlarını həyata keçirməyə başlamalıdır. Onların cəsarətlə hərəkət etmələrinin vaxtı çatıb. Diplomat qeyd edib ki, bu tədbirlər yaxın bir neçə il ərzində Kiyevin maliyyələşdirilməsində "əhəmiyyətli addım" olacaq.
Daha əvvəl “Politico” belə bir xəbər yaymışdı ki, Belçika “söhbətin nədən getdiyinin təfərrüatlarını bilənədək” dondurulmuş Rusiya aktivlərindən istifadə olunması ilə razılaşmayacaq. Ölkə rəhbərliyi potensial riskləri bölüşmək üçün Avropa İttifaqına təzyiq göstərməkdə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 18 Noyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















