ABŞ Aya süni intellektlə işləyən dronlar göndərəcək
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
NASA Ayda baza qurarkən süni intellektlə (AI) işləyən dronlardan istifadə etməyi planlaşdırır.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ kosmik agentliyinin Ay bazasının yaradılması proqramının rəhbəri Karlos Qarsia-Qalan "RİA Novosti" nəşrinə bildirib.
"Süni intellekt əsas istiqamətlərdən biridir. Əgər dronun nə etməli olduğunu təsəvvür etsək - əraziləri araşdırmaq və uyğun eniş yerlərini tapmaq, o zaman AI buna əhəmiyyətli dərəcədə kömək edə bilər", - deyə Qarsia bildirib.
O əlavə edib ki, ABŞ hələ ki, Ay stansiyasının layihələndirilməsinin ilkin mərhələsindədir.
Qeyd edək ki, may ayında NASA 2032-ci ilə qədər Ay səthində yaşayış üçün yararlı bazanın yaradılması üzrə üç mərhələli planı elan edib.
Baxış sayı:160
Bu xəbər 01 İyun 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















