Icma.az
close
up
RU
ABŞ Azərbaycandan silah alır

ABŞ Azərbaycandan silah alır

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan müdafiə sənayesinin formalaşması və inkişaf tarixi təxminən 100 ilə yaxın bir dövrü əhatə edir və hazırda bu sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub”.

Bu sözləri Modern.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

 Ekspertin sözlərinə görə, ölkədə hələ Sovet dövründə Bakı və ətraf bölgələrdə qurulan müdafiə sənayesi müəssisələri dövrün tələblərinə uyğun məhsullar istehsal edirdi: “Lakin həmin dövrdə silahlar yekun formada deyil, ayrı-ayrı detallar və hissələr şəklində hazırlanırdı. Məhz o dövrdə formalaşan mühəndislik və kadr bazası sonradan müdafiə sənayesi sektorunun sistemli və mərkəzləşdirilmiş formada yaradılmasına zəmin yaratdı”.

R.Məmmədli xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması sahənin inkişafında dönüş nöqtəsi olub: “Son 20 il ərzində nazirlik və tabeliyindəki müəssisələr dövlətin qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirib. Ölkənin müharibə şəraitində olması nəzərə alınaraq, ilkin mərhələdə kiçik çaplı silahların – tapança, avtomat, pulemyot və snayper tüfəngləri, həmçinin onlara uyğun sursatların istehsalına başlanılıb. Sonrakı mərhələdə isə iri çaplı artilleriya mərmilərinin istehsalına start verilib”.

Ekspert qeyd edib ki, Azərbaycan qısa müddətdə müasir texnologiyaları mənimsəyərək pilotsuz uçuş aparatlarının (PUA) istehsalına da nail olub: “Hazırda ordumuzun tələbatı böyük ölçüdə daxili istehsal hesabına ödənilir. Eyni zamanda, özəl sektorun bu sahəyə cəlb olunması və stimullaşdırılması da diqqət mərkəzindədir. Bu gün özəl şirkətlərimiz gecəgörmə cihazları və digər müasir hərbi avadanlıqların hazırlanmasında fəal iştirak edirlər”.

Ramil Məmmədli Azərbaycanın artıq ixracatçı ölkəyə çevrildiyini vurğulayıb: “MSN-in istehsal etdiyi məhsullar artıq ABŞ, Asiya və Afrika ölkələrinə ixrac olunur. Azərbaycan müdafiə sənayesi artıq formalaşma dövrünü geridə qoyaraq, qlobal rəqabətə davamlı yeni inkişaf mərhələsinə qədəm qoyub”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Dekabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri