Icma.az
close
up
RU
ABŞ Baş Prokurorluğu FTB ni Epşteyn işi ilə bağlı sənədləri gizlətməkdə ittiham etdi

ABŞ Baş Prokurorluğu FTB ni Epşteyn işi ilə bağlı sənədləri gizlətməkdə ittiham etdi

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin baş prokuroru Pem Bondi Federal Təhqiqat Bürosunu (FTB) amerikalı biznesmen Ceffri Epşteynin işi ilə bağlı minlərlə səhifə sənədi gizlətməkdə ittiham edib.

Oxu.Az-ın "New York Post" qəzetinə istinadla verdiyi məlumata görə, bununla bağlı Bondi FTB direktoru Keş Patelə məktub ünvanlayıb.

Bildirilib ki, 200 səhifə istisna olmaqla, bütün sənədlər hələ də büronun Nyu-Yorkdakı ofisində gizli saxlanılır. Onun sözlərinə görə, fevralın 26-da FTB-dən olan bir mənbə ona işlə bağlı əlavə məlumatların mövcudluğu barədə xəbər verib. Baş prokuror bu məlumatların fevralın 28-dək ona təqdim edilməsini tələb edib.

"Fevralın 28-dək FTB mənim ofisimə Epşteynin tam və əhatəli dosyesini, o cümlədən bütün qeydləri, sənədləri, audio və videoyazıları, həmçinin onun və müştəriləri ilə bağlı materialları, bu məlumatların necə əldə olunmasından asılı olmayaraq, təhvil verməlidir", - deyə Bondi vurğulayıb.

O dəqiqləşdirib ki, ilkin paketdə yalnız uçuş jurnalları, qurbanların adları və telefon nömrələri yer alıb.

Qeyd edək ki, amerikalı maliyyəçi və biznesmen Ceffri Epşteyn cinsi cinayətlərə görə dünya miqyasında səs-küyə səbəb olub. 2005-ci ildə ona qarşı yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və insan alveri ilə bağlı ittihamlar irəli sürülüb. 2008-ci ildə o, istintaqla sövdələşməyə gedib və yüngül cəza alıb - cəmi 13 ay həbsxanada yatıb və bu müddətin çox hissəsində xüsusi şərtlərlə azadlıqda olub. 2019-cu ildə Epşteyn yenidən həbs olunub və bu dəfə federal səviyyədə insan alveri ilə bağlı daha ciddi ittihamlarla üzləşib. Onun işində çoxsaylı məşhur siyasətçi, iş adamı və digər nüfuzlu şəxslərlə əlaqələri üzə çıxıb. 2019-cu il avqustun 10-da, məhkəmə prosesi gözlənərkən, Epşteyn Nyu-Yorkdakı həbsxanada ölüb. Məhkəmə-tibb ekspertizasının nəticələrinə görə, ölümün səbəbi intihar olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Fevral 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri